6,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Poladovsuz 40 gün, "Bakılı oğlanlar"ın sədaqəti, qalmaqallı "Maşın" -


Poladovsuz 40 gün, "Bakılı oğlanlar"ın sədaqəti, qalmaqallı "Maşın" -

18.06.2018 15:10
admin

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (176-cı say) təqdim edir.

Ötən həftə mərhum sənətkar Fuad Poladovun vəfatından qırx gün keçdi. Qırx gün ərzində yazılanlara, danışılanlara baxıram və gəldiyim qənaət budur ki, insan istər səhnədə olsun, istər vəzifə başında, istərsə də başqa peşədə, deməli, qüruru, şəxsiyyəti istənilən vəziyyətdə qorumaq mümkündür. Sadəcə, bunu bacarmaq üçün Fuad Poladov qədər böyük insan, böyük kişi olmalısan.

Anar Məmmədxanovun qızının toyu da şəxsən mənimçün xeyli düşündürücü oldu. Sözün doğrusu, bu kollektivin hələ də yaxşı və pis günlərdə bir yerdə olmağı bacarması mənimçün həm təəccüblü, həm də xoşdur. Söhbət "Bakılı oğlanlar"ın keçmiş üzvlərindən gedir. Məmmədxanovun qızı Məryəmin toyunda KVN-çilər ona sürpriz hazırlayıblar - atasının nadir videogörüntülərini və özlərinin ərsəyə gətirdiyi bir mahnı. Əslində, Anar bəy indi həyatda olmasa da, komandanın keçmiş üzvlərinin indiki kollektivçiliyi, məclisdə o cür iştirakları da kapitanın qoyduğu yoldur. Digər tərəfdən yanaşsaq, həmin aktyorların hərəsi bir tanınmış simadır və kimsə onları buna məcbur edə bilməzdi. Bir sözlə, yaşasın insanlıq, yaşasın sədaqət!

İndi də keçək qırğın-qiyamət xəbərlərinə. "Maşın şou" bitdi və mən hələ də şou başlamazdan öncə yazdıqlarımı xatırlayıram. Heç vaxt ağlıma gətirə bilməzdim ki, insanlar illərlə qazandıqları hörməti bir neçə günün içində göyə sovurmağa razı olarlar. Təbii ki, müəyyən istisnalar vardı və o istisnaların kim olduğunu da hamı bilir. Məsələn, Abbas Bağırovla şoudan bir neçə gün öncə bir verilişdə görüşmüşdük, hər zaman olduğu kimi bu adama qarşı neytral münasibətdəydim. Amma bir neçə canlı yayımdan sonra məlum oldu ki, o, təkcə yaxşı oxuya bilmir. Elə şoudan kənarlaşdırılması da yetərincə səs-küylü oldu. Şounun təşkilatçılarına bir təklifim var. Estradada 18 nəfər hörmətli adam tapmaq çətin olacaq. Növbəti şouda xanəndələrə müraciət etsinlər. Əgər razılıq ala bilsələr.

Yusif Mustafayevlə harda rastlaşmışıqsa, hörmətlə yanaşıb, aramızdakı böyük yaş fərqinə baxmayaraq, sözün yaxşı mənasında, tay-tuşu kimi davranıb. Mən də qabiliyyətim çatdığı qədər qarşılıq vermişəm. Bunları ona görə xatırladıram ki, yazdıqlarımın qərəz xarakterli olmadığını hər kəs bilsin. Yadımdadır, bir müddət əvvəl aparıcı Zaur Kamala "Niva" markalı avtomobil bağışladı, o da müğənninin hədiyyəsini qəbul etmədi. Zaurun bu hərəkəti Yusif müəllimə necə yer edibsə, o gün səbəbini soruşub. Hə, bir də o yadımdadır ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq idik, iş elə gətirdi ki, ekspertlər də ehtiyacı olan bir nəfərə kömək etməli oldular. Sözün doğrusu, mənim üzərimdə kömək etmək üçün pul yox idi. Aparıcı Yusif müəllimdən soruşdu ki, kömək edəcəksinizmi? Əməkdar artistin sözündən belə başa düşdüm ki, maddi durumu ürəkaçan deyil, yəni elə də böyük məbləğdə kömək edə bilməyəcək. Yusif müəllim, siz o "Niva"nı bu dəfə Baxşəliyev Zaura təklif edin, bəlkə qəbul edər. Nə fərqi var e, Zaur Zaurdu da.

Xanəndə Elnarə Abdullayevanın insanlara sevdirən bilirsiniz nədir? Onlar kimi olmağı, onların ürəyindəkini deməyi. Deyib ki, bir paltarı əlli dəfə geyinirəm. Bu, o demək deyil ki, bir paltarı əlli dəfə geyinən mütləq yaxşı adamdır. Ancaq ən azı insanlara "bir milyona bağ aldım", "beş yüz minlik maşınım var" deyib onları əzməmək hər sənətçinin qabiliyyəti deyil.

Ramiz Novruza isə bu açıqlamasına görə siz də təşəkkür edə bilərsiniz. Xalq artisti oğlu Cavidana deyib ki, gül kimi aktyorsan, təbii oynayırsan, sən canın o oxumağın başını burax, aktyorluğunu elə, ortabab oxuyanların sayını artırma. İnsafən Cavidan yetərincə yaxşı ifaçıdır. Məncə, bu açıqlama övladlarını sənəti oldu-olmadı səhnəyə soxuşduran, sırıyan, dürtüşdürən digər sənət adamlarına nümunə olmalıdır. Əziz dostlar, əgər siz müğənnisinizsə, övladınız da mütləq müğənni olmalıdır deyə bir anlayış yoxdur.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031