10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Zor TV"-də Zeynəb Xanlarova haqda veriliş yayımlanıb


"Zor TV"-də Zeynəb Xanlarova haqda veriliş yayımlanıb

17.06.2018 21:28
admin

Özbəkistanın "Zor TV" kanalında xalq artisti Zeynəb Xanlarova haqqında veriliş yayımlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, proqramda Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Zeynəb Xanlarovanı sevənlər, bu ölkənin xalq artisti, soydaşımız Nəsibə Abdullayeva, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azərbaycan qızları" rəqs ansamblının rəhbəri, əməkdar artist Kövkəb Əliyeva və s. iştirak ediblər.

Verilişdə qeyd edilib ki, "Mehr gözdə" adlı proqramın müəllifi və aparıcısı Asror Abrorxocayev Bakıda olub və Zeynəb Xanlarova ilə görüşüb. Verilişdə müəllifin Zeynəb Xanlarova ilə görüşdə aldığı müsahibə yayımlanıb və böyük sənətkarın Daşkənddəki konsertlərini və unudulmaz mahnılarını əks etdirən kadrlar təqdim olunub.

Bildirilib ki, Zeynəb Xanlarova 1980-ci, 1982-ci və 1998-ci illərdə Daşkənddə olub, paytaxtın ən böyük konsert salonunda sənətsevərləri sevindirib.

Verilişdə Azərbaycan şairi Dəmir Gədəbəylinin Zeynəb Xanlarova haqqında Bakıda lentə alınan fikirləri tamaşaçıların diqqətinə çatdırılıb.

Nəsibə Abdullayeva və Kövkəb Əliyeva Zeynəb Xanlarova ilə görüşlərindən danışıb, onun mahnılarını səsləndiriblər.

"Azərbaycan qızları" rəqs ansamblının üzvləri isə milli rəqslərimizi ifa ediblər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031