5,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,25 AZN

описание


» » "Pul tapıb çıxa bilməyəcəksə, niyə mənimlə oxuyur?" -


"Pul tapıb çıxa bilməyəcəksə, niyə mənimlə oxuyur?" -

12.06.2018 16:35
admin

Xəbər verdiyimiz kimi, qəzaya düşən Türkan Vəlizadə və Zeynəb Həsəninin son durumları ilə bağlı ARB TV-nin "Səhər-Səhər" kollektivi süjet hazırlamışdı.

Milli.Az bildirir ki, ağır xəsarət alan hər iki ifaçının ziyarətinə ən çox yolu gözlənilən Pərviz Bülbülənin gəlməməsi ağıllarda bir çox suallar yaradıb. Zeynəb Həsəninin isə "İnsanları belə günlərdə tanımaq olur" ifadəsi elə birbaşa Pərviz Bülbülənin ünvanına göndərdiyi mesaj olub.

Proqram zamanı aparıcı Elgiz Əkbər duet ortağının nəyə görə ziyarətinə getməmə səbəbini öyrənmək üçün meyxana ustadı Pərviz Bülbüləylə canlı yayımda telefon bağlantısı yaradıb.

Maddi durumu çətin vəziyyətdə olan Türkana nəyə görə əl uzatmamağının səbəbini meyxanaçı belə izah edib:

"Ramazan ayı ilə əlaqədər şənliklər azdı deyə, özümə istirahət ayırmışam. Amma təəssüf ki, Türkan xanım da istəyirdi ki, istirahət etsin, qismət... Allah şəfa versin. O ki qaldı Türkan xanımın xəstəxana ilə bağlı problemləri, hamısı nəzarətdədir, hamımız əlaqə saxlayırıq. Bu gün Türkan xanımın yanında oturub xəstəxanada gözləmək, gözə girmək, bu, o dərəcədə lazım deyil. Elə də ağır vəziyyətdə deyil. Maşallah, günü-gündən yaxşılaşır, xəbər tuturuq. İkincisi isə maddi məsələyə qalanda, əgər Türkan xanım düşdüyü qəza vəziyyətindən özünə pul tapıb çıxa bilməyəcəksə, o, mənimlə niyə oxuyur? Şadlıqlara niyə gedir? Siz qeyd etdiniz ki, mən zənginəm. Xeyr, heç birimiz zəngin deyilik. Allahın verdiyi ruzi ilə qənaətbəxşik. Amma Türkan xanım bu gün xəstəxanada öz probelmlərini aradan qaldıra biləcəyi qədər madiyyat qazana bilmirdisə, o Pərvizlə oxumazdı, başına çarə qılardı. Şükür Allaha, maddi durumu da yaxşıdır, vəziyyəti də yaxşıdır. Mən də fürsətdən istifadə edib müalicə alıram. Amma Bodrumda yox, Azərbaycandayam. Öz ərazimizdəyəm. Sadəcə, bir az şəhərdən kənardayam".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Pul tapıb çıxa bilməyəcəksə, niyə mənimlə oxuyur?" - Pərviz qəza keçirən həmkarından DANIŞDI

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930