18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Bir neçə otaq gəzib, maskası cırılan olmaqdansa...” –


“Bir neçə otaq gəzib, maskası cırılan olmaqdansa...” –

10.06.2018 21:47
admin

Son illərin ən qalmaqallı və reytinqli verilişi "Maşın" şoudur. Proqram ilk gündən öz tamaşaçı kütləsini toplayıb və 18 gün davam etməsinə baxmayaraq hər gün ilk gün olduğu kimi maraqla izlənir. Layihə izlənməklə bərabər sosial şəbəkədə də geniş müzakirə olunur. İnsanlar sevgi və iradlarını bildirirlər. Media da layihəyə biganə deyil. Hər günü mübahisəli və qalmaqallarla baş tutan yarışmada yaşananlar mətbuatda da öz əksini tapır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ötən günlərin birində isə müsabiqə çərçivəsində "Media günü" təşkil olundu. Yarışmacılarla media nümayəndələri bir araya gəlib, onların suallarına cavab verib.

Aytən Səfərova Pərvin Abiyevaya qarşı haqsızlıq etdiyini etiraf edib: "Burada bəzən beynim çönür. Stressdən qarşımızdakının nə dediyini eşitmirik. Pərvin ilə Əli Mirəliyevin mübarizəsində dediklərimə gör üzgünəm. O mən deyiləm. Özümü tanıya bilmədim. Buna görə də gecə yatmadım"

Abbas Bağırov verilişdə sakit dayanmasının səbəbini açıqlayıb: "Burada oyuna 18 nəfərlə başlayırıq. Hərə yerindən danışsa, burda bazar olar. Ona görə də növbəmiz çatdıqca danışırıq".

"Üçlükdə kimi görmürsünüz?" sualı isə iştirakçılar arasında mübahisə yaradıb. Abbas Bağırov beşliyə qalanda kimlərlə üçlükdə qalmaq istədiyini açıqlayacağını deyib.

Roza "Mən özümü üçlükdə görmürəm. Gərək insan öz gücünə inansın. Bundan sonra muğam oxuya bilərəm? Xeyr. Eləcə də, səhhətim 3-lükdə olmağa imkan verməz. Istəyirəm ki, axıra ən yaxşılar qalsın"-, deyə bildirib.

Hüseyn Əzizoğlu Pərvin Abiyevanın ona "kolleqam" deməsinə etiraz edən aktyorlara səslənib: "Mənim aktyorluğuma şübhəsi olan, İlham Qasımovun yanına getsin. Mən ölkənin ən sevilən filmi "Oğlan evi-2"də rol almışam. Aktyorluq bacarığım olmasaydı, orada çəkilməzdim".

Görüşdə iştirakçıların bir-birinə təhqir etməsi məsələsinə də toxunulub. Roza Zərgərli bildirib ki, onlar bir-birinin ünvanına sərt sözlər deyə bilərlər, amma heç kimin şəxsiyyətinə toxunmurlar: "Bir dəfə Mətanətlə mənim aramda söz-söhbət oldu. Insan insana fikrini müəyyən çərçivədə bildirə bilər. Amma şəxsiyyətini təhqir edə bilməz. Canlı efirdə Mətanət mənə çömçə dedi, cavabını verdim. Oyundan çıxandan sonra ağladı, mən də onu qucaqladım. Burada çox gərilir sinirlərimiz. Biz oynamırıq, anında verdiyimiz reaksiyadır. Şou-biznes əhlinə və jurnalist dostlarımıza, aktyorlarımıza, korifeylərə, gənclərə camiədə olanlara demək istəyirəm.

Əgər "Maşın" şouya dəvət almamısınızsa, ona görə sosial şəbəkələr, televiziya vasitəsilə bizimlə oynamayın. Öz işinizlə məşğul olun. Bizimlə birgə oynamırsınız. Eləsi var, sosial şəbəkədə, otelə gəlib var ki, deyirlər ki, filan kəsi vur. Mənim rəfiqlərim oyunda olanda heç kimə deməmişəm ki, filan kəsi vur. Bizim işimizə qarışmasınlar. Siz oyunda olsanız, bildiyinizi edərsiniz".

Abbas isə mübahisələrə belə aydınlıq gətirib: "Burada tez-tez mübahisələr olur, biz hamısını deyə bilmirik. əsəblərimiz gərilir. Bundan əlavə kişilər qadınları hədəf seçəndə onu qınayırlar. Bu doğru addım deyil. Bu şounun adı "Qadınlar və cənablar"dır , tək qadınlar və ya kişilər deyil. Mübarizədir. Qadınlar bizi, biz qadınları hədəf seçə bilərik".

Uran isə oyundan sonra yaşananlar haqqında rep hazırlayacağını deyib: "Mən mövzu toplayıram. Çıxandan sonra fərqli bir iş ortaya qoyacağam. "Maşın" şouda yaşananlar reallığın şouya çevrilməsidir, yazılan ssenarinin pozulmasıdır. Gərgin insanlar bir anda yaşananlara reaksiya verir. Burada mövzu çoxdur".

Sonda H. Əzizoğlu "Bir neçə otaq gəzib, burada maskası cırılanlardan olmaqdansa, maskam özümdə qalsın. Mən üçnlüyə qalsam, bilin ki, güclü iştirakçıyam tez getsəm, deməli, zəifəm"-, deyə iddialı açıqlama verib. .

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *