32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » 29 yaşlı əməkdar artistdən Xatirə və Nadirə CAVAB -


29 yaşlı əməkdar artistdən Xatirə və Nadirə CAVAB -

06.06.2018 18:51
admin

29 yaşında "Əməkdar artist" fəxri adına layiq görülən ifaçı Nigar Şabanova müsahibə verib.

Milli.Az xəbərçi.az-a istinadən həin müsahibəni təqdim edir:

- Azərbaycanın əməkdar artisti Nigar Şabanova ... Təbrik edirəm.

- Var olun. Hə, nə yalan deyim bu adı daşıdığım üçün fəxr edirəm. 

- Kim ilk zəng etdi?

- Evdə idim düzü ... Yuxudan təzə durmuşdum, zəng gəldi. Nazirlikdən idi və  dedilər ki, sizə cənab prezidentimiz fəxri ad verib. Dedim ola bilməz. Həqiqətən, inanmırdım. Hamı mənə deyir ki, yalan demə, xəbərin olub. Vallah-billah xəbərim olmayıb. Həmin günü də dövlət tədbiri var idi. Xəbəri alanda anam da yanımda idi, necə ağlayır... Deyirəm ki, ana ağlama, yoxsa mən də göz yaşlarımı saxlaya bilməyəcəm. Anam ağlayır, deyirəm məni də ağlatmayın.

- Neçə ildi səhnədəsiz?

- Professional 2007-ci ildən "Xalq ulduzu" yarışmasından başladım. 2011-ci il muğam müsabiqəsində 3-cü yerə laiq görüldüm. Ondan sonra həyatım dəyişdi. Dövlət tədbirləri, xarici səfərlər, başqa abu-havaya düşmək, başqa insanlar, başqa aura, başqa kütlə... Həyatım muğam müsabiqəsindən sonra tam dəyişdi, min şükür!

Mən çox reklama meyilli insan deyiləm, bəlkə ona görə daha az tanınıram. Qalmaqala, piara meyilli insan deyiləm. Danışsalar, soruşsalar danışıram. 

- Sizcə, bu, sizi geriyə atmır?

- Geriyə atır. Elə ona görə sual verirlər ki, nə tez bu yaşda ad aldın, Nigar nə etdi ki, ad aldı. Bilirsiz bu mənə necə pis təsir edir. Amma biruzə vermirəm. Çünki taqsırkar özüməm, etdiklərimi göstərməmişəm, mediaya məlumat verməmişəm axı... Gözüm o qədər toxdur ki... 29 yaşım olsa da, həyat çox tez yorub məni. Elə olur ki, çamadanım evin ortasında qalır. Bir ayda 3-4 səfərə gedib, gəlirəm. Azərbaycanımı xaricdə təmsil edirəm. Dövlət tədbirlərində laiqincə çıxış edirəm. Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə səfərlərimiz olub. Onun həyəcanını heç nəyə dəyişmərəm. Xırda bir səhv utanc yeri ola bilər. Ona görə aylarla məşq edirəm, öz üzərimdə çalışıram, hər zaman nəysə öyrənməyə çalışıram.

- Məsuliyyət ...

- Bəli, çox məsuliyyət tələb edir. Kənardan asan gəlir. İnstagram səhifələrində şəkil paylaşanda yazırlar ki, kefdəsiz. Amma bu, mənim qürur duyduğum işimdir. Mənim üçün qürurdu. Düzdü, yaşım az olsa da, bu sənətə savad alaraq gəlmişəm.

- Müğənnilər Nadir Qafarzadə və Xatirə İslam belə bir açıqlama verdi ki, bəzi ad alanları heç kəs tanımır. Bizim də yaxşı dostlarımız olsa ad alardıq. Təxmini belə fikirlər idi... Nə deyərdin ?

- Ona görə təəssüf dedim ki, mən də şouya, qalmaqala meyilli olsaydım, o zaman daha çox tanınardım. Amma bir yandan da düşünürəm ki, bu sanbalda olmazdım. Ad üstə dava edənlərə isə demək istəyirəm ki, əziyyət çəkmək lazımdır. Və danışıqlarına çox-çox diqqət etsinlər. Bu gün stress keçirirlər, anladım. Amma o adı nə dost, nə tanış, nə də arxanda duran kimsə sənə hədiyyə etmir. O adı bizə dövlət başçımız verir və bunun müzakirəyə heç bir ehtiyacı yoxdur. 8 ildir qar, yağış, boran bilmədən bütün dövlət tədbirlərində varam. Oxuyuram, can qoyuram, elə bayramlar olub, mən öz ailəmlə yox, tanımadığım insanlarla, başqa-başqa ölkələrdə qeyd etmişəm. 

- Müəllimin kim olub?

- Qəzənfər Abbasovdan dərs almışam. İndiyə qədər yanına gedib-gəlirəm. Başqa müəllimdən dərs almaq istəyirəm, amma alınmır. Mədəniyyət və İncəsənət Universitetində müəlliməm Mələkxanım Əyyubova olub.

- Ad aldın, bəs kim gözünü yolda qoydu?

-Təəssüflər olsun ki, müəlliməm Mələkxanım Əyyubova məni təbrik etmədi. Qəzənfər Abbasov, Azər Zeynallı, Mənsum İbrahimov, Gülyanaq, Gülyaz bacıları və b. Amma təəssüf ki, Mələkxanım Əyyubova gözümü yolda qoydu.

- İncidin?

- Əlbəttə incidim. Deyirlər uman yerdən küsərlər. Mən ona universitet vaxtından demişdim ki, az da olsa dəstəyinizi gözləyirəm. Amma özüm ayaqüstə durdum, onun dəstəyi, köməyi olmadan, şükür Allaha!

- Bundan sonra nə dəyişəcək?

- Allah mənə o qədər sadəlik verib ki, bundan sonra çalışacam fəxri adıma layiq olum. 

- Toylarda çıxış edirsən?

-Əlbətt... Amma bəziləri deyir ki, ad aldınsa toya getməməlisən. Azərbaycanda bu sənətin gəliri başqa yerdən yoxdu.

- Niyə sən də bahalı kliplər çəkdirmirsən?

- Hardan çəkdirim ? Axı mən bu gün o qədər qazanmıram. Və mən düşünürəm ki,  özüm ailə saxlayıram. Mən ailəmin boğazından kəsim 5 minə necə klip çəkdirim? Ən aşağısı, ölü klipin xərci 5 min manatdır. Halal yolla öz ayaqlarım üstə durduğum üçün özümlə fəxr edirəm. Və bu adı da mən Nigar Şabanova zəhmətimlə almışam.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *