28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » ​“4-5 ildir münasibətimiz var, amma rəsmiləşdirməmişdik” - Vasif Əzimov - VİDEO - FOTO


​“4-5 ildir münasibətimiz var, amma rəsmiləşdirməmişdik” - Vasif Əzimov - VİDEO - FOTO

16.05.2018 17:26
admin

ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan meyxanaçı Vasif Əzimov maraqlı açıqlamalar verib.

Milli.Az xəbəre verir ki, Vasif Əzimov duetin daha tez həzm olunduğunu düşünüb xanım həmkarı ilə işbirliyini gün üzünə çıxarıb:

"Əslində, münasibətimiz təxminən 4-5 ildir ki, var. Məclislərdə, el şənliklərində çox ifalarımız olub. Ancaq hələ rəsmiləşdirməmişdik. Yavaş-yavaş başlamışıq efirlərə çıxmağa. Yeni mahnılar, yeni duetlər var. Zeynəb Həsənliylə olan işbirliyimiz, inşallah, xeyirli, uğurlu olar. O, həm dostluqda möhkəmdir, həm də sənəti qaydasındadır. Mənə bu şərtlərin olması kifayətdir". 

Şöhrət arxasınca qaçıb əvvəli, sonu bilinməyən iddia ilə çıxış edən bəzi həmkarlarından fərqli olaraq, Vasif heç vaxt bu fikirdə olmadığını söylədi:

"Mən 2001- ci ildən meyxana deyirəm. Artıq 17 ildir. Ancaq heç vaxt fikirləşməmişəm ki, nə vaxtsa tanınaram, pul qazanaram. Şöhrət qazamaqda iddialı olmamışam. 2003-cü ildə məktəbdə oxuyurdum, o zaman kasetim çıxmışdı. O vaxtı disk yox idi. Onu da elə qohum-əqrəba aldı qurtardı".

Sənətçi, son zamanlar, musiqili-meyxana tərzinin baş alıb getdiyini görsə də, bunu qəbul etmir:

"Musiqi ayrıdır, meyxana ayrıdı. Meyxana bədahətən deyilən sözdür. Əgər onu yazıb oxuyursansa, onda o, meyxana deyil, musiqidir. Yaxşı, ya pis musiqidir, bu, başqa mövzudur. Amma meyxana deyil. Musiqili meyxana anlamını, ümumiyyətlə, yığışdırmaq lazımdır. Mən buradan həmkarlarıma da çatdırıram ki, meyxana və musiqi ayrı-ayrı şeylərdir".

O, musiqini atıb birdəfəlik meyxananın ətəyindən yapışmaq fikrinin olmadığını bildirdi:

"Hələ ki elə bir fikrim yoxdur. Yenə deyirəm, mən meyxanadan uzaqlaşmamışam. Meyxana lazımdırsa, meyxana da deyirəm. Heç yerdə də deməmişəm ki, meyxanadan uzaqlaşmışam, daha demirəm. Mənim sənətimin biri də meyxanadır. Meyxana elə bir şeydır ki, istəsən də, tərgidə bilmərəm".

Vasif Əzimov evləndikdən sonra fanatlarının sayında dəyişiklik olub-olmaması barədə də söz açdı:

"Mənə elə gəlir ki, fanatlarım mənim sənətimi istəyirlər. Sənətim də yerindədir. Şəxsi həyatı gündəmə gətirməyi xoşlamıram. Elə şeylərdən qaçıram. Bizi bir-birimizə bağlayan ancaq sənətdir, başqa heç nə. Gərək, insanı güvəni qazana bilsin".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Həmkarlarıma da çatdırıram ki, qarışdırmasınlar..." - Vasif Əzimov

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *