26,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,27 AZN

описание


» » Flora Kərimova illər sonra sirləri açdı: "Tabut dalınca gedib ailə qurmuşam" - FOTO


Flora Kərimova illər sonra sirləri açdı: "Tabut dalınca gedib ailə qurmuşam" - FOTO

14.02.2018 21:00
admin

Xalq artisti Flora Kərimova ailə həyatından danışıb.

Milli.Az-a açıqlama verən sənətkar ailənin qadın üçün vacibliyini vurğulayıb.

"Elə-belə ailə həyatı qurmamışam, mənə görə mübarizə aparıblar. Məni ailə qurmağa məcbur ediblər. Yanılmamışam da. Onlar mənə həyat yoldaşları yox, yol yoldaşları olub. Düşündüyüm, arzuladığım insanların həyat yoldaşı olmuşam. Harınlıqdan yox, tabut dalınca gedib ailə qurmuşam. Qadın ailəsi olmayanda yiyəsiz olur. Nə qədər qüdrətli olursan ol, sənin arxanda həyat yoldaşın yoxdursa, qadın dəyərini itirir. Çünki cəmiyyət ona basqı edir. Mən həyat yoldaşı kimi xoşbəxt olmuşam, amma qadın olaraq bunu deyə bilmərəm", - xalq artisti bildirib.

Qeyd edək ki, Flora Kərimova iki dəfə nikahda olub. Onun ikinci evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.

Əli Rəhimoğlu

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031