25,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » “Atamın bu sahədə olan tanışlarına görə müğənni oldum” - VİDEO - FOTO


“Atamın bu sahədə olan tanışlarına görə müğənni oldum” - VİDEO - FOTO

14.02.2018 19:25
admin

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Orxan Babazadə olub.

Milli.Az xəbər verir ki, o, müğənniliyə hobbi kimi baxdığını və indi müğənnilərin əvvəlki kimi sevilmədiyini deyib:

"Bilirsiz ki, mən bizneslə də məşğulam. Müğənnilik mənim üçün bir hobbidir. Bəlkə də, hobbi olduğu üçün bu sahəyə isti yanaşmıram. Müğənnilər də əvvəlki kimi sevilmir və qəbul olunmur. Əvvəllər müğənnniyə daha çox hörmət, izzət var idi.

Düşünürəm ki, əvvəlki kimi hörmət olunmur müğənnilərə. Ona görə də mən belə sərt danışıram. Mən sözü üzə deyən bir insanam. Ətrafımda olanlar bilir ki, "qırmızı" insanam. Sözü üzə dediyim üçün çox adam məni bəyənmir, gözü götürmür".

Orxan həmkarlarının bostanına da daş atıb:

"Özümdən razı biri deyiləm. Sadəcə olaraq, qıraqdan elə görünür. Ola bilər ki, mənim duruşum, yerişim çox insanları aldatsın. Özümdən razı biri olmamışam, olmayacam da. Çünki mən görüb gəlmişəm. Sonradan görənlərdən deyiləm".

Orxan müğənniliyə gəlməsində atasının böyük köməyinin olduğunu etiraf edib:

"Atam çox insana kömək edib. Baba deyəndə hamı kim olduğunu bilir. Mənim müğənni olmağıma atamın bu sahədə daha çox tanışının olması, daha çox insanlarla münasibətdə olması kömək edib. Ona görə də bu sahəyə yönəldim. Ola bilsin ki, atam hər dəfə məni tədbirlərə aparanda məndə müğənniliyə daha çox həvəs yaranıb.

Atam mənə hər zaman deyir ki, bu iş daha maraqlıdır, daha sərbəstdir, hər gün deyib-gülürsən. Hərçənd ki, onu görmürəm. Hər gün əsəb var. Şou-biznesdəki qalmaqallar da ki öz yerində".

İfaçı müğənniliyi sonacan davam etdirməyəcəyini söyləyib:

"Əlimdə maddiyyat var, ancaq bu sahəyə çox yanaşmıram. Bilirəm ki, nə zamansa müğənniliyi atacam. Bu iş ömürlük deyil. Hələ ki işlərimi yerinə yetirirəm. Bu sahədə tam qalan deyiləm".

Orxan evlilik fikrindən də söz açıb:

"Düşünürəm ki, bu il evlənim. Tez evlənən tez udur, deyirlər. Ona görə də istəyirəm tez evlənim. İstəyirəm ki, ata olum, sonra uşaqlarımın övladı olsun, baba olum. Artıq bu barədə düşünürəm".

Müğənni evlilik üçün namizədinin olmadığını deyib:

"Əslində, namizəd var idi. Artıq yoxdur. Sadəcə, həmin xanım ailəmiz tərəfindən düzgün qarşılanmadı. Atam dedi ki, bizə yaraşan bir insan deyil. Ona görə də həmin xanımdan uzaqlaşdırdı.

Ailə qurmaq elə bir ciddi məsələdir ki, onu böyüksüz, məsləhətsiz yerinə yetirmək olmaz. Mən hər zaman böyüklərimdən məsləhət alıram".

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *