29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,27 AZN

описание


» » Samirdən Nuraya sərt cavab: "Həddini aşırsan"


Samirdən Nuraya sərt cavab: "Həddini aşırsan"

12.02.2018 16:02
admin

Müğənni Samir Cavadzadə Nura Surinin onunla bağlı dediyi "Qeybə çəkilib" sözlərinə sərt reaksiya verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Nura xəbərdarlıq edərək, onun haqqında danışmağa qadağa qoyub:

"Deyir, Samir heç anasına zəng etmir? Bu nə qədər düzgün ifadədir? Anam zəng edib deyir ki, bu niyə belə danışır? Dedim, keçmişdə öz əməllərinə görə başına o qədər zərbələr vurublar ki, beyin qapağında çatları çoxdur. Heç kəs haqda indiyənə qədər bir pis kəlmə işlətməmişəm. Qalmaqaldan uzaq olmuşam. Bir tərif edib, arxasıyca gülərək tamaşaçı gözündə antireklam etmək elə-belə deyil. Məqsədyönlüdür... Üzümə demisiniz ki, sən çıxsan biz batacayıq. Buna da gülüb yan keçmişəm. Mələk cildində çıxıb camaatı dolamayın.

İllər boyu "dost" deyib efirdə mənim antireklamımla məşğul olmusunuz. Məqsədiniz nədir? Nə vermisən, ala bilmirsən? Hər zaman susmuşam, bağışlamışam. Susduqca siz həddinizi aşırsınız. Danışanda ifadələrə fikir verin. Heç kəslə işim olmayıb, pisliyim dəyməyib. Özünüz oturun fikirləşin niyə mən sizdən aralı gəzirəm? Guya bunlar ərk edib danışırlar. Bu ərki gedin evdə dədəniz üçün edin. Qeybə çəkilmiş həyatınızı yaşayın".

Qeyd edək ki, Nura "ATV maqazin onlarla" verilişində Samirin ünvanına bu sözləri deyib:

"Yenə itib. Bu dəfə mən də onu axtarmayacam. İtməyinin səbəbi yoxdur. Səbəb yoxdur, olsaydı bilərdim və dillənməzdim. Bu insan öz anasına, bacısına da zəng etmir. Öz aləmində yaşayan insandır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031