25,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Fədayə Laçının ailəsindən üzücü xəbər: "Bacısı həbs olunandan sonra..."


Fədayə Laçının ailəsindən üzücü xəbər: "Bacısı həbs olunandan sonra..."

18.01.2018 14:23
admin

Müğənni Manaf Ağayevin "Hər şey daxil" verilişində qonaq olarkən həbsdə olan müğənni Fədayə Laçınla bağlı açıqlama verib. Onun ailəsinin kirayədə qaldığını və maddi cəhətdən əziyyət çəkdiyini bildirib.

Məsələ ilə bağlı İlahə Fədayla əlaqə saxladıq. O saytımıza açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib.

Milli.Az xəbər verir ki, Fədayə Laçının vəkili Türkel Süleymanlı yenicag.az-a açıqlamasında həbsdə olan müğənninin ailəsinin maddi durumunun həqiqətən də ağır olduğunu bildirib:

"Bilirəm ki, Fədayə Laçının ailəsi kirayədə yaşayır. Maddi durumları çox ağırdır, hətta kommunal xərcləri belə ödəyə bilmirlər. Fədayə xanımın anasının da sağlıq durumunda problemlər var. Evdə yalnız İlahə Fəda işləyidi. O, restoranlarda şou-proqramlarda çıxış edib, ailəsinə kömək edirdi. Bacısı həbs olunandan sonra onu da restoranlardan, şadlıq evlərindən uzaqlaşdırıblar. Deyirlər ki, bizə problemli adam lazım deyil. Bu düzgün hərəkət deyil. Sonra da deyirik ki, biz "əltutan", xeyirxah xalqıq. Bu ailənin maddi durumu çox ağırdır və onlara əsaslı şəkildə kömək edən yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *