11,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Elçindən şəxsi həyatı ilə bağlı ETİRAF: "Evlənəndən sonra özümə qadağalar qoymuşam, istəmirəm problem yaşayım" - FOTO


Elçindən şəxsi həyatı ilə bağlı ETİRAF: "Evlənəndən sonra özümə qadağalar qoymuşam, istəmirəm problem yaşayım" - FOTO

11.01.2018 21:01
admin

Müğənni Elçin Cəfərovun Milli.Az-müsahibəsi.

- Elçin bəy, çox hallarda mahnılarınızı özünüz yazırsınız. Bu hal sizi bəstəkarlarla üz-üzə qoymayıb ki?

- Mən buna çox normal baxıram. Nəinki mən, hər-hansısa müğənni bu istedada malikdirsə, qoy yazsın da. Mənə elə gəlir ki, yaxşı bəstəyə gözəl münasibət bildirmək lazımdır. Yaxşıdırsa, yaxşıdır da. Bunu necə danmaq olar? İnanmıram bizim bəstəkarlarımız bu dərəcədə qısqanc olsunlar.

- Ailə həyatı qurandan sonra özünüzə məhdudiyyət qoymusunuz?

- Təbii ki, məhdudiyyətlər var. Bunu mən özüm-özümə qoymuşam. Problemlərin ailəmdən uzaq olmasını istəyirəm. Bu, həmişə belə olub. Özümün olar-olmazlarımı bilirəm. Müəyyən şeylər var ki, davam edir. Məsələn sənət yoldaşlarımızla görüşüb, otururuq. Bəzi məqamlar var ki, uzaq durmağa çalışıram. Nəinki sənətdə, həyatda da ailə başçısı kimi nümunə olmağa çalışıram.

- Ailə həyatınızın ilk günlərində problemlər yaşadınız?

- Xeyr, mən artıq ailə həyatı quranda hər şeyə hazır idim. Müəyyən sərbəstliklər var ki, onları çoxdan unutmuşam. Onları bəs qədər yaşamışam deyə artıq buna əsas görmürəm. Bu həyatı seçmisənsə, hər şeyi həyatın axarına buraxmalısan.

- Hər bir cütlük arasında qısqanclıq hissləri olur. Sizdə bəs necə?

- Qətiyyən bu kimi hallar yoxdur. Əgər ortada inam varsa, bunların heç biri problem olmamalıdır.

- Toy bazarında vəziyyət necədir?

- Mənim qətiyyən toylardan şikayətim yoxdur. Düzdü, bu bazarda ümumi durğunluq var. İnşallah ki, bu da düzələr. Yetər ki, hər şeyə xoş yanaşaq.

- Əvvəlki illərlə şou-biznesin bugünkü durumunu müqayisə etsək...

- Durğunluq nəinki toy bazarında, həm də şou aləmindədir. Bu da bir sınaqdır. Buna aqressiv yanaşmaq lazım deyil. Sənətçilər işləməlidir, ola bilər ki, 2-ci, 3-cü, 4-cü mahnı tutmasın, amma mütləqdir ki, 5-ci mahnı hitə çevriləcək. Çünki əziyyət çəkirsən, iş görürsən.

- Sənətə yeni gələn müğənnilərlə ünsiyyətiniz varmı?

- Yenə sərt danışacağam, deyəcəklər ki, danışdı. Şou-biznesi bir az tərpətmək, silkələmək lazımdır. Hər kəs özünə bir yol seçib, o yolla da davam edir. Heç kəsin, heç kəslə işi yoxdur. Belə olmaz! Sənətçilər arasında rəqabət olmalıdır. Yalnız rəqabətdən sonra inkişaf ola bilər. Bəzi sənətçilərimiz gənclərimizə nümunə ola bilmir. Məni bu, həqiqətən, narahat edir. Müğənnilər estradanı qoyub, meyxana janrına müraciət edirlər. Sənətə yeni gələn gənclər ondan nə ibrət götürəcək?

- Bu hal sizi niyə narahat edir ki?

- Bu, mənə görə yaxşı əlamət deyil. Gələcək yaxşı yerə gedib çıxmır. Mən, ümumiyyətlə, danışan insan deyiləm, amma bu kimi hallardan çox narahatam.

- O sənətkar dediyiniz şəxs kimdir ki, gəncləri sizin təbirinizcə desək "korlayır"?

- Bir müğənni olsaydı, böyük məmnuniyyətlə, adını deyərdim, amma çoxdur. Bəlkə də məcburiyyətdən irəli gəlir bunlar. Amma mən axtarışdayam. Demirəm ki, mən mükəmmələm! Həyatı boyu da bunu demərəm. Sadəcə olaraq, inkişaf etmək istəyirəm. İstəyirəm ki, mənimlə birgə hamı inkişaf etsin.

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031