10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » "Sarı gəlin"in sədaları altında rəqs heç olmamışdı - VİDEO


"Sarı gəlin"in sədaları altında rəqs heç olmamışdı - VİDEO

11.01.2018 21:36
admin

SILENCE ("Sükut") rəqs şousu bu günlərdə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında ifa etdiyi teatrallaşdırılmış debüt klipini təqdim edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu kollektivin fəaliyyəti ilə bağlı xoreoqraf Fariz Musayev ətraflı məlumat verib.

Onun sözlərinə görə, layihə bir neçə ay bundan əvvəl doğulub. Buna baxmayaraq, qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb. Başlanğıcda şounun heyətinə beş nəfər daxil olub: Fariz Musayev, Fərman Lazımov, Ramil Məmmədli, Aytən Musayeva və Əsmər Əsmər. Sonra onlara Zülfiyə Qazıyeva, Zəffər Kərimov və Nərminə Aslanova qoşulub.

Musayevin sözlərinə görə, uzun müddət bu cür layihəni necə qurmaq barədə fikirləşiblər. Onlar bunu yüksək səviyyədə etmək istəyiblər ki, gələcəkdə xaricdə də təqdim etsinlər.

"Komandamızın fərqli cəhəti odur ki, biz artıq ölkəmizdə gördüyümüz standart rəqs şousu göstərmirik, rəqslərin və aktyor ustalığının hesabına tamaşaçılara həyat realizmi və teatr şousu təqdim etməyə çalışırıq. Məqsədimiz insanları təəccübləndirmək və valeh etməkdir" - deyə Musayev bildirib.
Kollektivin ifa etdiyi rəqs janrı çox qeyri-adidir. Ona görə də, onların konkret hansı stildə rəqs etdiyini demək mümkün deyil. Musayev hesab edir ki, onlar hər stildə rəqs edirlər: Breykinq, kontemp, voq, dənsholl, hip-hop, step və digər stillərdə. Onun sözlərinə görə, istənilən rəqs teatral, gözəl və aydın olmalıdır. Ən əsası isə onu tamaşaçılara düzgün şəkildə çatdırmaqdır.

Kollektiv musiqi seçimində də fərqlənir. Onun çox spesifik zövqü var. Musayev qeyd edib ki, onlar tamaşadan asılı olaraq əksərən embient (elektron musiqi stili) və klassik janrdakı kompozisiyaları seçirlər.

"Azərbaycanda dünya səhnəsində öz ustalıq məharətini dəfələrlə nümayiş etdirmiş güclü rəqqaslar az deyil, amma belə komandalar azdır. Bizim sahədə rəqabət çox azdır. Hamı əsasən məlum stildə rəqs edir. Biz istərdik ki, XXI əsrin əvvəllərində olduğu kimi, rəqabət mühiti olsun" - deyə Musayev bildirib.

Onun sözlərinə görə, rəqs sahəsində yaxşı hesab oluna biləcək kollektivlər var. Onlardan Bigga Boo, Nero, Alarm, Crazy Eyes, JamSS, Challenge Soul və Caspian Flava-nın adları çəkilə bilər.

Musayev şaddır ki, onların ideya müəllifi Fərman Lazımov olan debüt videosu tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Onların bu çarxı hazırlamaqda məqsədi Azərbaycan musiqisinin gözəlliyi fonunda rəqsin gözəlliyini müxtəlif istiqamətlərdə göstərməkdir. Onlar seçim edərkən "Sarı gəlin" mahnısı üzərində dayanmaqla göstərmək istəyiblər ki, müasir gənclik öz ölkəsinin keçmişinə hörmət bəsləyir və bunu gələcək naminə edir.

Kollektivin bu səviyyədə dayanmaq fikri yoxdur. Niyyəti rəqsin səviyyəsini yeni pilləyə qaldırmağı davam etdirmək və öz məharətini bütün dünyaya göstərməkdir.

Musayev hazırda xaricə qastrol səfərinə hazırlaşdıqlarını bildirib. SILENCE layihəsinin qalan planlarını isə xoreoqraf hələlik sirr saxlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30