-8,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Ajda Pekkan Bakıda pendir-çörək yedi - FOTO


Ajda Pekkan Bakıda pendir-çörək yedi - FOTO

12.01.2018 00:00
admin

Türkiyənin məşhur pop ulduzu Ajda Pekkan Bakıya gəlib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova sosial şəbəkədə məlumat paylaşıb.

"Nargis" jurnalının 5 illiyi münasibətilə yanvarın 13-də Heydər Əliyev Sarayında solo konserti nəzərdə tutulan Ajda Pekkan bu gündən etibarən Bakını ziyarətə başlayıb. İlk növbədə Tarqovı küçəsini gəzən müğənni "Soyuq əllər isti ürək" xeyriyyə yarmarkasına da baş çəkib, pendirlə təndir çörəyi yeyib.

Ajda Pekkan Bakıya gəlişinə görə şad olduğunu bildirib: "Çünki Bakı üçün çox darıxmışam. Gələr-gəlməz mənə gözəl sürprizlər edildi. Azərbaycanlılar çox qonaqpərvərdir. "Nargis" jurnalı ilə tanış oldum, Bakını gəzməyə çıxdıq", - deyə türkiyəli ulduz qeyd edib.

Xatırladaq ki, Ajda Pekkan axırıncı dəfə 5 il əvvəl Bakıda olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *