5,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Hamı deyir eynidir, onlar isə... -


Hamı deyir eynidir, onlar isə... -

11.01.2018 16:25
admin

Bir müddətdir ki, yerli mətbuatda məşhurların plagiat mahnılara müraciət etmələri barədə xəbərlər dərc edilib. Buna xalq artisti Zülfiyyə Xanbabayevanın ifa etdiyi "Melancholia"nın İva Gonzonun "Power"lə, Nura Surinin "Mazoxisto"sunun Şakiranın sonuncu hiti olan "Chantaje" ilə bənzərlikləri dəfələrlə sosial şəbəkələrdə müzakirə edilib. Qarşı tərəflər isə plagiat iddialarını təkzib ediblər. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sonuncu dəfə Sevda Yahyayevanın ifa etdiyi "Ah bu Sevda" mahnısının plagiat olduğu qeyd edilib. Bildirilir ki, ifaçının son oxuduğu bəstə Türkiyənin tanınmış qrupu "Babutsa"nın "Güzelim"i ilə eynilik təşkil edir. Bu iddianı oxu.az ortaya atsa da, günlərdir ki, sosial şəbəkələrdə həmin bənzərlik müzakirələrə səbəb olub.

Qalmaqallı mahnının ifaçısı Sevda Yəhyayevanın prodüseri Pərviz Əsgərov "Qafqazinfo"ya açıqlamasında ittihamlara qısa olaraq cavab verib:

"Əhməd Mustafayev bu mahnını bizə hədiyyə edib. Biz hədiyyəni müzakirə etmirik. İndiki dövrdə bir çox mahnılar qulağa eyni gəlir. Amma bu plagiat demək deyil. Sözləri və musiqisi tamam fərqlidir. Ola bilsin ki, nəqarəti qulağa eyni gələ bilər. Plagiat olduğunu demək haqsızlıqdır. Bu, iki aylıq əziyyətimizi yerə vurmaq deməkdir".  

"Ah bu Sevda"nın müəllifi Əhməd Mustafayev də iddiaları rədd edib:

"Plagiat bütöv mahnıların eyni olaraq köçürülməsi deməkdir. Babutsanın mahnısı ilə bəstəmin yalnız nəqarət hissəsi bənzəyə bilər. Bu da normaldır. Çünki hər iki mahnı eyni ladda yazılıb. Ümumiyyətlə, 7 not var və hara fırlatsan bənzərlik olacaq. Plagiat sözünü qətiyyən qəbul etmirəm". 

"Qafqazinfo" mövzu ilə bağlı musiqişunas, pianist-pedaqoq Muxtar Abseynovla əlaqə saxlayıb. O, son zamanlar gündəmə gələn "plagiat" məsələsinin izahını verib:

"Adi dinləyici, yəni musiqini bilməyən, sadəcə sevən insan üçün yetərlidir ki, iki eyni mahnının ruhları və tərzləri, ritmləri eyni olsun. Anarjıman və musiqi plagiatı başqa-başqa şeylərdir. Musiqi plagiatı hər iki mahnıda olan ardıcıl notlar, notların uzunluğunun eyni olmasıdır. Aranjımanda da eyni rimlə yanaşı, eyni səslərdən istifadə edərək və səslərin eyni mövzunu ifa etməsi plagiat hesab edilir. Amma sizin atdığınız hər iki musiqi qətiyyən plagiat deyil. Arajımanı da Babutsanın ifa etdiyi mahnı tipində olunub, ancaq plagiatlıq yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30