23,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Sevda qayınanasını hədələdi: "Sənə nifrət edirəm"


Sevda qayınanasını hədələdi: "Sənə nifrət edirəm"

11.01.2018 10:53
admin

Həm zəng vurub məndən üzr istəyirsən, həm də arxamca yenə söyürsən. Yəqin sevginin gücündəndir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva həyat yoldaşı Cəmilin anasının ünvanına deyib.

Sənətçi qayınanasının iddialarına cavab verərək, onu polislə hədələyib:

"Sənə nifrət edirəm. Bu dünyada da, o dünyada da iki əlim yaxandadır. Ölmüş anama söydüyün üçün məndən yalvara-yalvara üzr istəyəndə, sənin üzrünü qəbul etməmişdim, sən demə, düz etmişəm. Böyüklük məndə qalsın. Əgər bir də mən səndən təhqir eşitsəm, hədə-qorxu gəlsən, düşünmədən səni məhkəməyə verəcəm. Sabah ilk işim isə uşaqlarımın və özümün, evimin təhlükəsizliyini qorumaq üçün ərizə ilə lazımi qurumlara müraciət etmək olacaq. Əgər ailəmin və mənim başıma nəsə gəlsə, müsahibələrindəki hədə-qorxu dolu sözlərini sübut kimi təqdim edəcəm".

Qeyd edək ki, Sevdanın "Heç kimin ailəsini dağıtmamışam" açıqlaması ərinin ailəsini qəzəbləndirib. Cəmilin anası müğənninin ünvanına "Oğlumu maşınla, evlə aldadıb özünə ər etdin. O iki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam" sözlərini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930