13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Yeni il istirahəti məşhurlara neçəyə başa gələcək? - FOTO


Yeni il istirahəti məşhurlara neçəyə başa gələcək? - FOTO

19.12.2017 21:42
admin

Milli.Az bildirir ki, oxu.azsaytı məşhurlar arasında "Yeni ildə orta səviyyədə istirahət etmək üçün nə qədər pul xərcləmək lazımdır?" adlı sorğu keçirib.

Tanınmışların bir-birindən fərqli cavablarını təqdim edirik:

Aktyor Kamran Ağabalayev:

"Yeni ildə istirahət etmək üçün, məncə, Yeni ilin sehrinə, Şaxta babanın varlığına, nağıllara inanmaq lazımdır. Mən inanıram, iki oğlumu da bu tərbiyədə böyütməyə çalışıram, nağıllara inandıraraq. Kiməsə təəccüblü gələ bilər, amma mən nağıllara inanaraq böyümüşəm. Yəni pul xərcləmədən və ya hər həftə xərclədiyin qədər məbləğ sərf edərək Yeni ili əla keçirmək olar: DVD, Yeni ilə aid cizgi filmi, ailə və popkorn".

ABŞ-da yaşayan azərbaycanlı aktyor Fariz İsmayılov:

"Mən, adətən, Yeni ili yaşadığım şəhərdə qeyd edirəm. Bu ili Los-Ancelesedə dostlarla birgə qarşılayacağıq. Burada yaşadığım üçün əlavə xərclərim olmayacaq, düşünürəm ki, 300-400 dollar civarında məbləğ yetərli olacaq".

Stilist Samiraldo (Samir Əliyev):

"Yeni il günü işləyirəm. Qonorarla məclislərə yollanır, qazanc əldə edir, pul xərcləmirəm. Ayın 2, 3, 4-nü isə evdə qeyd edirəm. O ərəfədə qonaq qəbul edirəmsə, 300-400 manat xərc çəkirəm. Əgər Yeni ili xarici ölkədə qeyd edəcəyəmsə, onda 10-15 min manat xərcləməli olacağam".

Aktyor Elnur Kərimov:

"Yeni ildə orta səviyyədən də aşağı istirahət etmək üçün ən azı 600-700 manat lazım olur. Çünki rayonlarda kirayə evlərin qiyməti 60-70 manatdan başlayaraq artır. Gediş-gəliş üçün isə 100 manat xərcləməli olursan. Təbii ki, bayramqabağı məhsulların da qiymətində artım olur. Mən aktyor olduğum üçün ailəmin bu cür məbləğdə istirahəti mümkünsüzdür. Hətta ilin 11 ayını işləyib, bir ay istirahət müddəti ərzində belə üçgünlük dincəlmək üçün imkan olmur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728