-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Tanınmış müğənni KÖVRƏLDİ: "Onun toyunu görmədən ölmək istəmirəm, əks halda gözüm yolda qalar" - FOTO


Tanınmış müğənni KÖVRƏLDİ: "Onun toyunu görmədən ölmək istəmirəm, əks halda gözüm yolda qalar" - FOTO

18.12.2017 21:08
admin

Müğənni Nurlan Əzizbəylinin Milli.Az-a müsahibəsi.

- Nurlan bəy, bir müddət əvvəl xəstəliyiniz ilə gündəmi zəbt etdiniz. Bir çoxları bunun öncədən düşünülmüş bir piyar olduğunu söylədi. Hal-hazırda özünüzü necə hiss edirsiniz?

- Siz bilirsiniz ki, yüngül formada mikroinfarkt keçirmişdim. Şükürlər olsun ki, bu gün ayaqdayam. Mütəmadi olaraq həkim müayinəsindən keçirəm. Allahın köməkliyi ilə o günləri geridə qoydum. Mən nəinki xəstəlik, özümü heç vaxt heç nə ilə gündəmə gətirməmişəm. Mən heç kimdən xahiş etməmişəm ki, gəlib məni xəstə yatağında çəkin. Sağ olsunlar, səhhətimlə maraqlanıb gəliblər. Allah bu sınaqdan da məni üzüağ çıxardı.İnşallah ki, bir daha səhhətimdə problem yaşanmaz.

- Xəstəlik sizə bir daha kimləri tanıtdı?

- Sağ olsun bütün dostlarım mənə dayaq oldular. Desəm ki, bütün dostlarımdan yerdən-göyə qədər razıyam inanmazsınız. Xəstə olanda insanın gözü qapıda qalır. O anda kimləri görmək istədimsə hamısını gördüm.

- Deyirlər ki, şər deməsən, xeyir gəlməz. Ölümü gözünüzün önünə gətirmişdiniz?

- Mən tək xəstə olanda yox, hər gün ölümü gözümün qabağına gətirirəm. İnsan hər bir günü son günü kimi yaşamalıdır. Amma hələ ölmək istəmirəm, çünki yeganə övladımın toyunu görmək istəyirəm. Onun toyunu edə bilməsəm, gözüm arxada qalar.

- Müsahibələrinizin birində demisiniz ki, indi məşhur olan bir çox müğənnilərə sənətdə yol göstərmisiniz. Bəs özünüz niyə sənətdən geri qaldınız? Olmaya həmkarlarınız yaxşılığınızdan sui-istifadə etdilər?

- Mənim gözəl sənətim, həzin səsim var. Heç vaxt üzlülüyü sevməmişəm. Dəvət olunan yerlərdən də qalmıram, hara dəvət edirlərsə, ora da gedirəm. Bu, o demək deyil ki, mən arxa plana çəkilib, üzdəniraqlara yol açmışam. Sadəcə olaraq, sənətimə olan qiyməti görmək istəyirəm. Mən artıq 32 ildir ki, bu sənətdəyəm. 8 yaşından böyük səhnələrdəyəm. Mən sənətə gələndə indiki xalq artistlərinin, əməkdar artistlərin heç biri sənətdə yox idi. Heç vaxt heç kimə pisliyim dəyməyib. Həmişə yaxşılıq etmişəm, yaxşılıq da görmüşəm. Amma bəzən nankor insanlara da rast gəlmişəm. Bir neçə tədbir və şou proqramlarda səhnə alandan sonra həmkarlarımdan bir neçəsi yaxınlaşıb rəhbərliyə deyib ki, o, bura gəlsə, biz gəlməyəcəyik. Nurlanın sənətdə varlığı çoxlarının yoxluğu deməkdir. Sənəti olan insan heç vaxt paxıl olmaz. Amma onlar mənə qarşı paxıllıqlarını gizlədə bilmirlər.

(Elə bu anda telefona zəng gəlir.. Mehribancasına danışır, hiss edirəm ki, həyat yoldaşı ilə danışır)

- Deyəsən, həyat yoldaşınız idi zəng edən. Həmişə sizi bir görürük. Nədənsə bu gün müsahibəyə tək gəlmisiniz.

- Bəli, həyat yoldaşımla danışırdım. Ömür-gün yoldaşını hər kəs düzgün seçmir. Bir çoxları valideyn arzu-istəyi ilə ailə həyatı qurur. Amma biz bir-birimizi çox sevib, ailə həyatı qurmuşuq.

- Tanışlığınız necə baş tutub?

- Mənim həyat yoldaşım bir müğənni ilə çalışırdı. Bizi də həmin müğənni tanış etmişdi. Amma müəyyən səbəblərə görə adını çəkmək istəmədiyim o müğənni ilə hazırda münasibətlərimiz yoxdur. Yəqin ki, o insanı Allah bizə bir vasitəçi kimi göndərmişdi. O, özü bu izdivaca addım atsa da, sonradan peşman oldu. Həmin xanım müğənni ilə həyat yoldaşımın işbirliyinə son qoyduq. Mən istəmədim ki, yoldaşım yenidən onunla işləsin.

- Doğma əminiz Ramiz Əzizbəylinin də çox gözəl səsi var. Sənətə gələndə ondan xeyir-dua almısınız?

- Ramiz müəllim bizim böyüyümüz, nəslimizin ağsaqqalıdır. Mənim və ailəmin bir böyük sənətkar və insan kimi ona hörməti var. Ramiz müəllimin də gözəl səsi var, mənim atamın da. Məndə bu həvəsi elə məhz atam kəşf edib. Onunla birlikdə toylara gedərkən

- Nə qədər qalmaqaldan uzaq gəzsəniz də zaman-zaman sizi də qalmaqala sürüklədilər. Amma siz bu durumdan da ustalıqla çıxmağı bacardınız. Həmin insanlara nə demək istərdiniz?

- Mən konkret olaraq ad çəkib, heç kimlə qalmaqal etməmişəm. Arada gəzib ürək bulandıranlar olmasa hər şey yaxşı olar. Biz müğənnilər bir-birimizlə tez-tez görüşmürük. Amma görüşəndə də bir-birimizi öpüb qucaqlayırıq. 32 ildir ki, sənətdəyəm heç kimlə qalmaqalım olmayıb. Mən yalnız mahnılarımı səsləndirib, sevənlərimə hörmətlə yanaşıram.

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728