-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » “O, mənim həyatımı məhv edib” - İlhamə Quliyevanın oğlunun dostu


“O, mənim həyatımı məhv edib” - İlhamə Quliyevanın oğlunun dostu

09.12.2017 23:29
admin

"Mehriban Hüseynovanı məhkəməyə verəcəm".

Milli.Az aznews.az-a istinadən bildirir ki, bunu Vüqar Bəkirov Mehriban Hüseynovanın Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsində ona qarşı qaldırdığı ittihamlara münasibətində deyib. O, Mehriban Hüseynovaya yenidən cinayət işi açdıracağını bildirib:
 
"Mehribana qarşı cinayət işi qaldıracam. O, mətbuata açıqlama verib ki, guya Orxanın həbsində günahkar mənəm. Demək istəyirəm ki, Mehriban ağıllı ol, səninlə bu yaxınlarda görüşəcəm. Özünü günahsız adlandıran Mehriban Hüseynova Orxanın anasını zəhərləməyə cəhd edib. Bu gün isə Mehriban Orxanın müdafiəsinə qalxıb. Etsin, çünki onlar eyni adamdı. İlhamə Quliyeva həmişə deyərdi ki, "Orxana etibar yoxdur. O, bir manat puldan ötrü hər bir şey edər". Bütün bunlar sübut edir ki, bəlkə bu işlərdə Orxanın da əli var. Bu yaxınlarda məsələ ilə bağlı mətbuat konfransı keçirəcəm. Mehriban Hüseynova ilə bağlı dəhşətli faktlar və sübutlar açıqlayacam. Sənin adını bir yerdə çəkmirəm. Nə istəyirsən məndən? Sənin səs yazıların var. İnsana nə qədər şər atarlar. Mənim Mehribanla söhbətim məhkəmədə olacaq. Tələbim də o olacaq ki, mənə qarşı qaldırdığı ittihamları sübuta yetirsin. Yox, əgər bunu etməsə ona cinayət işi açdıracam. Hər yerdə deyir ki, şəhid bacısıdır. Allah bütün şəhidlərə rəhmət eləsin. Amma harda görünüb ki, şəhid bacısı kimisə öldürsün. Bu hansı qanunda göstərilib? Çıxmısan başını aşağı sal həyatını yaşa, nə etdiyini düşün. Mehriban sən nə etmisənsə onu yaxşı bilirsən. Başına güllə qoyub danışdırmayıblar ki? Mən səndən hər şey gözləyirəm".
 
Vüqar Bəkirov Orxan Nadirovun həbs olunmasını dekabrın 9-da eşitdiyini deyib:
 
"Hamı mənə zəng edir, məsələyə aydınlıq gətirməyimi istəyir. Amma danışmadım. Orxanın ətrafı mənə ultimatum göndərir. Guya onun həbsini mən etmişəm. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Hər bir qoyun öz bacağından asılır. Bu məsələ iki ildir ki, davam edir və məsələdə mənim adım hallanır. Mən Orxanı tanıyan gündən o, mənim həyatımı məhv edib. Orxan məni əli qollu cəzaçəkmə müəssisəsinə apardı. Orxanın əvəzinə ödədiyim pulun sübutları var. Zərərçəkmiş qeyd edib ki, Orxanın ona vurduğu ziyanı Vüqar ödəyib. İlhamə xanımın bu söhbətlərdən xəbəri vardı. Çox təəssüf edirəm ki, bu gün İlhamə xanım yoxdur".
 
Qeyd edək ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Orxan Nadirovun həbs olunmasında onun yaxın dostu Vüqar Bəkirovu ittiham edib. Daxili İşlər Nazirliyi Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728