4,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Yoldaşımı bağışlamağıma bir ömür yetməz" - Zümrüd


"Yoldaşımı bağışlamağıma bir ömür yetməz" - Zümrüd

13.11.2017 14:40
admin

Aktrisa Zümrüd Qasımova "Sənətsevər" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa ağır günlərdən danışıb. O bildirib ki, arzularına çatmayıb:

"Arzulayırdım ki, 14 uşağım olsun, amma olmadı. Yerinə yetən tərk arzum aktrisa olmaqdır. Ana olmaq mənim üçün mümkünsüzdür. Bilərəkdən bundan imtina etdim. İstəmirəm uşağım mənim genlərimi daşısın. Bu, mənim üçün problem deyil. Övladlığa uşaq götürmət istəyirəm. Çoxları deyir, təhlükəlidir. İstəyirəm böyük evim olsun və çox uşaq övladlığa götürüm.

Ailədə də həddindən artıq çox sevilirəm. Bəlkə də o sevgi məni belə güclü edib. Səni itirməyə qorxan, qısqanan biri olması gözəldir. Məni dəlicəsinə sevən həyat yoldaşım var. Qadın kimi xoşbəxtəm. 

Xəstəliyimi öyrənəndə özümü çətin toparladım. Hər zaman düşünürdüm ki, xəstəxanadayam, görəsən, yanıma kim gələcək? Və elə bir gün mənə gəldi çatdı... Xəstəxanaya tək getdim, həkimin cavabında 99 faiz bədxassəli şiş oxudum. Həmin anı yaşamaq dəhşətlidir. Yoldaşıma zəng etdim ki, xəstəyəm. Həkim dedi ki, kifayət qədər irəliləyib. Problemimlə tək qaldım. Çox çətin anlar idi. Yer üzündəki cəhənnəm xərçəng xəstəliyidir. Yoldaşım gəldi ki, səni sağaldacam. Xəstəliyimi öyrəndiyim gün yoldaşımla otelə getdik, şam yeməyi yedik. Dərdləşdik. Ölmək istəmirdim, 27 yaşım varıydı. Getdim Ankaraya, xəstəxanaları gəzdim ki, başqa diaqnoz qoyula. Hamı eyni şeyi dedi. Üç gündən sonra yoldaşım gəldi. Əməliyyatdan sonra anama dedim ki, xəstəyəm".

Aktrisa şəxsi həyatından danışıb və həyat yoldaşı ilə tanış olmalarını xatırlayıb:

"Həyat yoldaşımı ilk dəfə görəndə dedim ki, o, mənim olacaq. O, ailə qurmağı düşünmürdü. Çünki ilk ailəsi dağılmışdı. 8 ay onun arxasınca qaçdım, nəticədə əldə etdim. Deyirdi, heç kimi sevməyəcəm. Amma sevdi, 9 ildir yanımdadır. Bəzi şeylərə görə bağışlamadığım yeganə insan yoldaşımdır. Onu bağışlamağıma bir ömür yetməz. İnsan sevdiyindən çox şey gözləyir. 

Sağlam idim, ona dedim ki, birdən xəstələnsəm, nə edərsən? Dedi, hər şey edərəm, hər şeyimi sataram. Dedim yenə sağalmıram. Dedi, ölməkdirsə, qanından vurub ölərəm. Elə məqam gəldi ki, mən həyatla çarpışırdım. Ona dedim ölərsən mənim üçüm? Bu suala verdiyi cavabı deməyim (kövrəlir). Ölməyini istəmirdim...".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930