9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Zirəddini qatıldığı verilişdən qovdular -


Zirəddini qatıldığı verilişdən qovdular -

13.11.2017 12:22
admin

Zirəddin Rzayevi qonaq qismində çağrıldığı verilişdən qovublar.

Milli.Az goldnews.az-a istinadla xəbər verir ki, Azərbaycanın məşhur ekstrasensi Zirəddin Rzayevi Rusiya telekanallarından birində yayımlanan "Kişilər / Qadınlar" adlı şouya mütəxəssis kimi dəvət ediblər. Studiyada ektrasenslərin insanları necə aldatmasından bəhs olunub. 

Lakin şounun gedişatı ərzində verilişin aparıcısı Alkeksandr Qordon Zirəddini verilişdən qovub. Zirəddin də öz "Youtube" kanalında bu barədə məlumat verib. O söyləyib ki, "Birinci kanal"a böyük hörməti var.

"8 noyabrda "Kişilər / Qadınlar" proqramında qonaq olum və çox xoşagəlməz bir hadisə oldu. Bir veriliş aparıcısının bu şəkildə davranmasını gözləmirdim. Qordonun davranışından şok oldum. Onlar məni çağırmışdılar və gözlənilməz bir mövzu ilə əlaqədar məni studiyadan qovdular. O, mənim psixi problemlərim olduğunu iddia etdi. Mən də dedim ki, "mənə psixoloji problemlərim olduğunu deyən şəxs özü oyun meydançasında it görsəm, onu öldürəcəyəm" söyləyən şəxsdir".

Məşhur ekstrasens qeyd edib ki, bu sözlərdən sonra Qordon onu verilişdən qovub. Qeyd edim ki, insanlar zəif tərəflərini göstərdikdə, bu, onları zəif olduğunu göstərir. Ev sahibi məni studiyadan çıxararkən özünün necə əhəmiyyətli biri olduğunu qeyd edib, məni alçaltmaq istədi. Əslində, özünü alçaltdı. Qonağa hörmət və ya hörmətsizlik etmək hər kəsin şəxsi işidir. Lakin insanlara hörmət etmək təhsilin, tərbiyənin göstəricisidir. Düşünürəm ki, aparıcı sakit, təmkinli, bitərəf olmalıdır. Sən məhkəmədə olduğu kimi məni mühakimə etdin. Lakin sübut olmadan. Mən ali təhsil almışam, xəstəxanada çalışıram. İşlədiyim xəstəxana özəldir, lakin dövlət lisenziyası var. Şəxsi xəstəxanada müalicə görən insanların təhsil almadığını düşünürsən? Mən bu mövzu barəsində danışmaq istəmirdim, amma dostlarım açıqlamalısan dedi. Mən bilirəm ki, studiyadan mənim necə atıldığımı göstərmiyəcəklər. Lakin mən göstərilməsini istərdim. Qordon bu hərəkətilə özünü pis vəziyyətə saldı. O, tərbiyəsiz adamdır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zirəddini qatıldığı verilişdən qovdular - Bu sözlərinə görə

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *