8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Günaydan qalmaqallı sözlər: "İradənin Azərbaycan şou-biznesində yeri yoxdur"


Günaydan qalmaqallı sözlər: "İradənin Azərbaycan şou-biznesində yeri yoxdur"

13.11.2017 12:55
admin

"ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı müğənni Günay İbrahimli olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ən çox sevdiyi on mahnını sıralayıb. 

Günay Murad Arifin "Partlat" mahnısını sonuncu sıraya qoyub:

"Murad Arifin adını qarışqa qoymuşam. Amma "Patlat" mahnısı mənim zövqümdə deyil. Yalan danışmayım, mahnı hit deyil. Ramalın mahnısı yeni işıq üzü görüb. Bir aydan sonra bəlkə partladı, amma indi yox. Siyahıda doqquzuncu olsun".

Müğənni İradə İbrahimovanı Azərbaycan şou-biznesində görmədiyini deyib:

"İradə İbrahimovanı bəyənirəm. Öz yerini qoyub gedib, gəlib doldurmalıdır. Amma doldura bilməyib. Onun şou-biznesdə hazırda yeri yoxdur. Mahnısı da sevilmir, səkkizinci olsun.

Yeddinci yer Sevda Yahyayeva olsun. Azərbaycansayağı bir mahnıdır. Düşünürəm ki, Elçin Cəfərov "Bezdim" mahnısı ilə yenidən geri qayıtdı. Ona görə də altıncı yerdə onu görürəm". 

Günay əməkdar artist Röya Ayxanı beşinci yerə layıq görüb:

"Beşinci yer Röya Ayxan olsun. Bilirəm ki, sevimli müğənnidir, amma beşincidir. Burada müğənni ilə ölçmürəm, mahnılarla sıralayıram.

Siyahıda dördüncü Rəhim Rəhimlinin "Basdalama damarımı"dueti yer alsın".

Sənətçi xalq artisti Zülfiyyə Xanbabayevanın "Sevgi etirafı" mahnısını hit adlandırıb və onu üçüncü yerə qoyub. İbrahimli sıralamada ikinci xalq artisti Aygün Kazımovanın "Sus" mahnısını görüb:

"Hitləri Azərbaycan şou-biznesinə Aygün Kazımova gətirib. "Sus" mahnısı səs-səda yaratdı. Mən onun kimi cəsarətli ola bilmərəm. Onu tənqid etdilər, daşladılar. Güzgü olaraq təqdim edib ki, belə həyatlar var. Həftənin hit mahnısı Miri Yusifin "Oyna"sıdır".

G.İbrahimli "Hit parad"dan əməkdar artist Xumar Qədimovanı uzaqlaşdırıb. "Biz küsülüyük, amma onun onluğa aiddiyyatı yoxdur" deyə, sənətçi bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930