8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı... -


Əməkdar artistin çəkiliş zamanı ürəyi dayandı... -

13.11.2017 13:25
admin

ATV-də yayımlanan "Vicdan haqqı" serialının Minayəsi, əməkdar artist Hicran Nəsirova ölümdən dönüb.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa serialın son çəkilişləri zamanı başına gələn hadisəni danışıb:

"Mən lap gənclik illərimdən bəri təbii oynamağa üstünlük vermişəm. Bu, mənim özümdən asılı deyil, serialı da real həyat hesab edirəm və olduğum kimi davranıram. Buna görə də uzun müddət hadisələrin təsirindən çıxa bilmirəm. Fikirləşirəm ki, Nərgizlə Fariz doğrudan da mənim nəvələrimdir. Hər səhnənin çəkilişindən sonra sarsıntı keçirirəm. Farizin özünü asdığı səhnə isə mənim ölümümlə nəticələnəcəkdi. Çünki rejissor "stop" deyən kimi halım pisləşdi, nəfəs ala bilmədim. Şok keçirtdim və... ürəyim dayandı. Sonradan bildim ki, ətrafımdakılar həyəcandan nə edəcəklərini bilməyiblər. Məni özümə gətirmək üçün üzümü sillələyib, ürəyimi masaj edib, süni nəfəs veriblər. Təsəvvür edin, sanki kənardan durub baş verənləri izləyirdim. Məni Allah saxladı, bəlkə də həmin vaxt tibbi yardım göstərilməsəydi, öləcəkdim.

Hələ başqa bir səhnəni də deyim.. Ssenariyə görə, Nərgiz mənə əsəbi şəkildə çay gətirməliydi. Həmin səhnə çəkiləndə gərginlik yaşadım. Biranlıq fikirləşdim ki, bu qız doğrudan da nəvəmdir və onun mənə qarşı olan münasibətinə bax. Birdən məni necə hönkürmək tutdusa... O qədər ağladım ki, çəkilişi yarımçıq saxlayıb, məni güclə özümə gətirdilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930