9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Zaurla Tellinin elçilikdən qovulması, ikinci "Səmra qırğını", Hacıbaba Bağırovun "kserokopiya" aparatı -


Zaurla Tellinin elçilikdən qovulması, ikinci "Səmra qırğını", Hacıbaba Bağırovun "kserokopiya" aparatı -

13.11.2017 09:15
admin

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (147-ci say) təqdim edir.

Əvvəllər telekanallar camaatı evləndirirdilər. İndi işi bir az da köklü-bünövrəli görürlər. Elçi gedirlər, "hə" alırlar. O gün də aparıcı Zaur Kamal dostu və həmyerlisi Telli Borçalıyla kürdəmirli oğlan üçün sevdiyi qıza elçi gediblər. Qız evi də gözünə dönüm, elçi gedənləri qapıdan qovub. Amma bircə şey yadlarından çıxıb. Telliyə deməyiblər ki, bala, sən nə vaxt ərə getdin, oğul-uşaq sahibi oldun ki, indi də camaata ağbirçəklik edirsən? Əslində, Telli yaşda qadınlar xüsusən kənd yerlərində ağbirçək hesab edilirlər. Amma "elçilərimi geri qaytarıram" deyib öyünən, evlənməyi özünə reklam yolu seçən bir adamın ən yaxşı aqibəti elə qapıdan qovulmaqdır. Əgər səhv deyirəmsə, Tellli Borçalı məni ikinci dəfə də məhkəməyə verə bilər. Güman edirəm ki, məhkəmə bu dəfə onun iddiasını rədd etməyəcək. Hə, Telli haqda bir xəbər də deyim, sonra keçək başqa mövzuya. Sən demə, Borçalı qızı onu qaçırtmaq istəyən oğlanın maşınını daşlayıbmış. Özü bu haqda danışıb. Rəhmətliyin nəvəsi, maşını niyə daşlayırsan? Başqa bir yol da seçə bilərdin...

Azərbaycanı "Eurovision-2018" mahnı müsabiqəsində təmsil edəcək ifaçının kimliyi müəyyənləşib. Yəqin ki, heç çoxunuza bu maraqlı da deyil. Amma 5-6 il əvvəl "Eurovision"un milli seçim turlarına qatılan iştirakçılar da az qala ulduz olurdular. Bu il ölkəmizi Aysel Məmmədova adlı gənc sənətçi təmsil edəcək. Fotolarından gəldiyim qənaət budur ki, bizi ikinci "Səmra qırğını" gözləyə bilər. Yəni, hər şeyə hazırlıqlı olun.

Mərhum sənətkar Hacıbaba Bağırovun oğlunun fotosu yayılıb. Yarızarafat deyim ki, rəhmətlik elə bil "kserokopiya" aparatı işlədirmiş. Atayla oğul oxşayar, amma bu qədər yox da. Bu, oxşarlıq deyil, eynilikdir. Fotosuna baxsanız, mənimlə razılaşacaqsınız.

Türklərlə bizimkilərin ortaq iş birliyindən yaranan "Yanlış anlama" filmi təqdim olunub. "Arka sokaklar" serialından "Mesut komiser" kimi tanıdığımız aktyor Şevket Çoruh da bu filmdə rol alıb. Yazıq adam bircə dəfə bizim Pərvin Abıyeva tərəfə baxıb. Bütün saytlar yazıblar ki, məşhur türk aktyor gözünü Pərvindən çəkmədi. Hələ bir az da dərinə getsələr yazacaqlar ki, Şevket Çoruh gözünü Pərvinə bağışladı. 

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *