8,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,3 AZN

описание


» » "İndi yoldaşlığımız yoxdur" -


"İndi yoldaşlığımız yoxdur" -

12.10.2017 18:31
admin

Aktyor Elməddin Cəfərov işbirliyinə son qoyduğu rejissor Ramin Hacıyevdən danışıb. 

Milli.Az axşam.az-a istinadın xəbər verir ki, aktyor "Kulis" verilişində Ramindən incidiyini etiraf edib. 

Elməddin bildirib ki, rejissor ona deməmiş gizlin "Xəzər" telekanalına işə düzəlib:

"Raminlə biz həm dost, həm də yoldaş idik. İndi yoldaşlığımız yoxdur, başqa şirkətdə çalışır. Getməyini gec bildim. Üç-dörd aydan sonra bildim ki, başqa şirkətlə müqavilə bağlayıb. Kaş mənə deyib gedərdi. Özüm ona dedim, boynuna aldı. Onun geri qayıtmasına mən razılıq versəm də, komanda istəməz. Çünki o, işi yarımçıq qoydu getdi.

Bu proseslər məni sarsıtdı. Hər gecə yuxuma gəlirdi və danışırdı. Maddi, mənəvi səbəb yox idi, axı qardaşdıq. Necə ola bilər?"

Qeyd edək ki, uzun illər "Bacanaqlar" serialında həm aktyorluq edən, həm də rejissor kimi çalışan R.Hacıyev hazırda "Xəzər"də "AiləCanlı" adlı ekran işində rol alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *