23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » Avtobusa minən tanınmış müğənni üzünü niyə gizlədib? - VİDEO - FOTO


Avtobusa minən tanınmış müğənni üzünü niyə gizlədib? - VİDEO - FOTO

19.06.2017 15:05
admin

ARB TV-nin "Evgördü" verilişinin qonağı olan tanınmış ifaçı Vüqar Muradov maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, ilk olaraq başına gələn maraqlı hadisəni danışıb:

"Qış vaxtı yolda maşınım xarab oldu. Evakuator çağırdım, amma gəlmədi. Qışın çovğununda heç kim yaxın durmurdu. Dostlarımın da gəlməyi alınmırdı. Mən də gedib ustanı gətirməli idim və taksi də gözə dəymirdi. Gördüm ki, avtobus gəlir. 10 ildən çox idi ki, ictimai nəqliyyatdan istifadə etmirdim. Oradakı o sadə insanlar, o xatirələr hamısı gözümün önünə gəldi. Ağzıma şərfimi bağlayıb mindim. Təkcə gözlərim görünürdü. İstər-istəməz o utanma hissi olur. Deyəsən, boyumdan və gözlərimdən tanıyan olmuşdu. Çox fərqli hislər yaşamışdım".

Vüqar daha sonra səs barədə rəqibi olmadığını bildirib:

"Şou-biznesdə hamı bir-birinə rəqibdir. Səs barədə isə rəqibim yoxdur. Tanrının mənə ən böyük hədiyyəsi o olub ki, bariton olsam da yalnız opera mahnıları deyil, milli mahnıları da oxuyuram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtobusa minən tanınmış müğənni üzünü niyə gizlədib?

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив