28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Yol polisi Nigar Camalla bağlı məlumat yaydı: "ONU TAPA BİLMİRİK"


Yol polisi Nigar Camalla bağlı məlumat yaydı: "ONU TAPA BİLMİRİK"

19.06.2017 15:20
admin

Bakı şəhər Baş Polis İdarəısi Dövlət Yol Polisi İdarəsi tanınmış müğənni Nigar Camalla bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov lent.az-a bildirib ki, iyunun 18-də tanınmış müğənni Nigar Camalın şəxsi Facebook hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırılma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb:

"Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün, ilk növbədə, Bakı Şəhər BPİ DYP-yə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə, bizə ətraflı məlumat verməsi lazımdır.

İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmnuniyyətlə, onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930