11,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,79 AZN
1 EUR = 1,89 AZN
10 RUB = 0,31 AZN

» » 2016-cı ilin dəb yekunu: Azərbaycanlı məşhurların ən çox müzakirə olunan ziyafət libasları - FOTO


2016-cı ilin dəb yekunu: Azərbaycanlı məşhurların ən çox müzakirə olunan ziyafət libasları - FOTO

31.12.2016 20:37
admin

İl sona yaxınlaşır, bu isə o deməkdir ki, 2016-nın yekunları ilə tanış olmaq vaxtı çatıb.

Milli.Az publika.az-a istinadən azərbaycanlı ulduzların 2016-ci ildə sosial şəbəkədə bəyənilən və ən çox müzakirə olunan ziyafət libaslarının siyahısını təqdim edir. Bəziləri seçdiyi libaslara görə alqış, digər qrupu ən sərt tənqidlərə məruz qalıb. İstənilən halda Azərbaycanın modapərəst məşhurları auditoriyanın diqqətini çəkməyə nail olub.

Səmra Rəhimli

Seçdiyi geyimlərə görə, ilin ən çox müzakirə olunan ulduzu Azərbaycanı bu il "Eurovison"-da təmsil edən Səmra Rəhimlidir. Səmranın sosial şəbəkələrdə tənqid olunma səbəbi gah sinə dekoltesi, gah ətəyinin dərin yarığı, gah da göbəyini açıq qoyması olub. Bununla belə gənc ifaçının həmkarları onu müdafiəsiz qoymayıb.

Səmra Rəhimli özü isə hesab edir ki, səhnə gözəlliyi sevir və insanın tərbiyəsi paltarının uzunluğuna görə ölçülməməlidir: "Bəzi sənət adamları efirə çıxanda uzun paltar geyinir, amma o insanlar haqqında da çox-söhbət gəzir. Əgər sizin üçün qısa paltar tərbiyəsizlikdirsə, onda siz geyinməyin".
"Eurovision" təmsilçimiz səhnə kostyumunun peşəkar stilistlər tərəfindən hazırlandığını deyib: "Paltarlarımda qeyri-adi nə olduğunu və niyə bu qədər müzakirə olunduğunu hələ də başa düşə bilmirəm. Şəhərə çıxsaq, məndən də açıq geyinən xanımlar görərik".

Röya Ayxan

Siyahının ikincisi Azərbaycanın əməkdar artisti Röyadır. Lakin Səmradan fərqli olaraq Röyanın hər obrazı adətən rəğbətlə qarşılanır. Xüsusi ilə klipləri üçün seçdiyi dəstlərlə xanımlara ilham verir. Röya eyni zamanda həm dəbli, həm də zərif, həm də seksual görünməyi bacaran nadir müğənnilərdəndir. Bu dəlisov ulduzun hər obrazı əsl dəb nümunəsidir. Röya dərin dekolteli paltarlar geyinsə də, ifrata varmır və onda heç nə vulqar görünmür. Hətta ən açıq-saçıq paltarlar zərifliyini poza bilmir. Səbəbsiz deyil ki, onu bütün stilistlər estradamızın ən yaxşı geyinən stil ikonası adlandırır. Röyanın əsas üstünlüyü bədən quruluşunun istənilən fasonu və dekolteni sınaqdan keçirməyə icazə verməsidir.

Aygün Kazımova

Aygün Kazımovanın əsas məqsədi tamaşaçını maksimum təəccübləndirməkdir. Xalq artisti buna həqiqətən də qadirdir. Təmtəraqlı və rəngarəngliyi sevən ulduzun xasiyyətindəki şıltaqlığı geyim tərzində əks olunur. Aygün Kazımoza bu il xüsusi ilə mini şortu ilə gündəmə damğa vurub. Artıq çəkisinə baxmayaraq, ulduz ən cəsarətli dekolteni geyinməkdən çəkinmir. Onun dəqiq bir tərzə sahib olduğunu demək olmaz. Stilində özünə məhdudiyyət qoymayan divanın əsas qaydası seksuallığını maksimum vurğulamaqdır.

Tünzalə Ağayeva

Tünzalə Ağayeva geyim seçiminə çox diqqətli yanaşır. O, təkcə xarici gözəlliyi ilə deyil, müdrikliyi, şarmı və individuallığı ilə seçilən ifaçıdır. O, özünəməxsus ifa tərzi və zövqlü geyimləri ilə fərqlənməyi bacarır, eyni zamanda paltarın şəxsiyyətini kölgədə qoymasına icazə vermir. Tünzalə Ağayeva həqiqətən də qüsursuz zövq sahibidir. Onu biz həmişə dəb klişelərdən uzaq, aktual obrazlarda görürük.
Ulduz 2016-cı ildə ən çox yadda qalan libası Yaşıl teatrda verdiyi konertdə geyindiyi səhnə kostyumları olub. Sözügedən qüsursuz obrazların müəllifi modelyer Gülnarə Xəlilovadır. Bu obrazlar şərq motivləri ilə qərb tendensiyaları ilə uyğunlaşdırılması əsasında hazırlanır. Gülnarə Xəlilova yaratdığı obrazların üzərində ən xırda detallara qədər hər şeyi düşünür, geyimləri asanlıqla uyğunlaşdırır, bəzək əşyaları və rənglərlə uğurlu eksperiment edir. Modelyerin ərsəyə gətirdiyi geyim nümunələrində əməkdar artist Tünzalə Ağayeva hər zaman heyrət doğurur. Bir sözlə, Gülnarə Xəlilova istənilən qadını gecənin ən şıq ulduzu etməyə qadirdir.

Pərvin Abıyeva

Aktrisa ayaqlarının və sinəsinin gözəlliyinə əmindir. Həm ayaq, həm də sinə dekolteləri olduqca cəsurdur. Bu səbəbdən də məşhur aktrisa sosial şəbəkədə seçdiyi geyimlərə görə, tez-tez tənqid hədəfi olub. Buna baxmayaraq, aktrisa gözəl bədən xətlərini nümayiş etdirməkdən vaz keçmir və tənqidləri cavabsız qoymur:
"Bu sözlərim haqqımda boş-boş danışan bəzi ağılsız və əxlaqsız qızlaradır! Özünüzü yığışdırın! Həyat tərzinizdən və hansı işlərlə məşğul olduğunuzdan yaxşı xəbərim var. Siz danışdıqca susuramsa, (özü də sevdiyim insanlara) bu o demək deyil ki, sizdən qorxuram! Sadəcə, özümü sizin səviyyənizə salmaq istəmirəm".
Pərvin Abıyevanın bu il bu il ən çox yaddaqalan obrazı doğum günündə geyindiyi gəlinlik tərzində seçdiyi libaslar olub. Əyninə kip oturan sadə paltarlarda çox zərif görünür.

Zülfiyyə Xanbabayeva

Zülfiyyə Xanbabayeva 2016-cı ildə xüsusi ilə heç nə fərqlənməyib. Belə görünür ki, minimalizmdən kənara çıxmağı xoşlmayan xalq artisti qapalı tərzinə xəyanət etmək fikrində deyil. Bununla belə müğənni dəb hiylələri sayəsində artıq çəkisini məharətlə gizlədir. Öz üzərində eksperimentlər aparmaqdan çəkinməyən müğənni qızıl ortanı həmişə tapa bilir. Xalq artisti incəliklə seksuallığı o qədər ustalıqla birləşdirir ki, tənqidçilər belə ona irad edə bilmir. O, hər zaman qara geyinməsinin səbəbini özünü bu rəngdə rahat hiss etməsi ilə izah edir:
"Modadan geri qalmaq lazım deyil. Stilimə sadiq qalmaq şərtiylə mümkün qədər dəblə ayaqlaşmağa çalışıram, stilistlərlə işləmirəm. Qara məni arıq göstərir. Əslində, arıq olanda da qaradan çıxa bilmirdim. Onun bir əzəməti, özünəməxsus yeri var. Dünyada müxtəlif rənglər var, təbiətin özü də al-əlvan rəngdədir. Amma mən hesab edirəm ki, rənglərin şahı qaradır".

Nura Suri

Nura Surinin geyim tərzi özündə incə eleqantlığı, cazibədarlığı və şarmı birləşdirir. Təbiətin ona bəxş etdiyi gözəlliyini kübar, sərbəst, eyni zamanda, çox zərif geyimlərlə vurğulayır. İncə zövq sahibəsi dəvətlərdə dress-kod qaydalarına tamamilə əməl edir. Geyimlərini getdiyi məkana və tədbirə uyğun seçir. Retro stilində paltarlarda müasir və aktual görünə bilir. Xüsusi zövq əsasında seçilən aksessuarlar isə stilini tamamlamağa kömək edir.

Günay İbrahimli

Hansı tərzdə və rəngdə olmasından asılı olmayaraq Günay hər üslubu özünə yaraşdıra və özününküləşdirə bilir. Bunu aksessuarların sayəsində edir. Böyük kolyelər, üzüklər və sırğalar adi geyimi belə darıxdırıcı olmaqdan xilas edir. Özünəməxsus tərzi ilə həmişə diqqət mərkəzində olan ifaçı aksessuarları ilə də dəb tendensiyası yaradır. Yeni gəlmişkən qeyd edək ki, G.İbrahimli ziyafət libasları yerli dizaynerlərə sifariş verməyə üstünlük verir.
Günayın bu il baş rolda çəkildiyi "Sadəcə sev" filminin təqdimatına geyindiyi payetli libası daha çox maraqla qarşılanıb.

Sevda Yahyayeva

İcmalın növbəti və sonuncu qəhrəmanı Sevda Yahyayevadır. Müğənni peşəsindən dolayı səhnədə hər zaman qüsursuz görünməyə çalışır və daim inkişaf edir. Sevda geyimlərində sadəliyini daha çox ön plana çıxarır, eyni zamanda trendlərdən kənarda qalmır. Müğənniyə həm açıq, həm də tünd rəngli paltarlar olduqca yaraşır. S.Yahyayeva da G.İbrahimli kimi yerli və gürcü dizaynerlərlə çalışır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив