-2,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,25 AZN

описание


» » Azərbaycanlı aktrisa: "Əlbəttə ki, ailə çox vacibdir, amma sənətdən uzaqlaşmaram" - FOTO


Azərbaycanlı aktrisa: "Əlbəttə ki, ailə çox vacibdir, amma sənətdən uzaqlaşmaram" - FOTO

28.06.2018 22:03
admin

Aktrisa Asya Atakişiyevanın Milli.Az-a müsahibəsi.

- Asya, teatrı çox sevirsiz, yoxsa serialı?

- Serial bir neçə il çəkilir, doğmalaşır. Teatr isə əvvəldən elə doğma məkanımız olub. Ona görə də teatr daha doğmadır desəm, yalan olmaz. Serialda, filmdə xərclədiklərimizi teatrdan öyrənirik. Teatrda ən azı ildə 4 pyes oxuyuruq. Səhnənin öz yeri var, səhnəyə çıxmayanda, bir müddət sonra çıxanda o doğmalığı bir daha hiss edirik. Teatr bizə daha çox "baqaj" verir.

- Çox gülərüz xanımsınız. Amma seriallarda oynadığınız obrazlar dramatikdir.

- Mənim alnıma yazılıb filmdə, tamaşada ağlamaq. Amma həyatda ağlağan deyiləm. Həyatda, sadəcə, küsəyənəm. Xətrimə dəysələr, oturub ağlaya bilərəm.

- Kimlərdən küsürsünüz adətən?

- Öz yaxınlarımdan küsürəm. Amma onlar da çalışırlar ki, mənim xətrimə dəyməsinlər. Hamı mənim nazımla oynayır.

- Aktrisa olduğunuza görə peşmansınız?

- Arada peşmanlıqlar olur, amma sənətimiz çox maraqlıdır.

- Peşmanlığa səbəb nələrdir?

- O, bir az şəxsi həyata aiddir.

- Olmaya evdə istəmirlər bu sənətdə olmağınızı?

- Xeyr, istəyirlər. Hətta məni İncəsənət Universitetinə, teatra atam aparıb. Əmim isə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev olub.

- Dövlət televiziyasında veriliş də aparmısınız. Aparıcı olmaq necə bir hissdir?

- Bəli, AzTV-də "Əsgər anı" verilişinin aparıcılığını etmişəm. Bu veriliş yumoristik veriliş idi, həm də burada aktyor potensialımızı ortalığa qoyurduq. O da maraqlı idi.

- Çox utancaq xanımsınız...

- Bəli, aktrisa olmağıma baxmayaraq utancağam.

- Bu sənətlə ailə paralel olaraq davam edirmi?

- Bizim teatrda çox belə cütlük var. Onlar xoşbəxtdilər, uşaqları var. Olar, niyə də olmasın?

- Ailə qurmaq ərəfəsində şərt qoysalar ki, sənətlə sağollaş, münasibətiniz necə olar?

- Bilmirəm ki, hansını seçərəm. İndi bu suala cavab verə bilmərəm. Əlbəttə ki, ailə çox vacibdir, amma mən bu illərimi sənətə xərcləmişəm. Bəlkə bir müddət sənətdən uzaqlaşaram, amma birdəfəlik yox.

- Tanınmış aktrisasınız, istədiyiniz yerdəsiz?

- Əslində, mənim tanınmaq istəyim yox idi. Heç vaxt fikirləşmirdim ki, tanınmış aktrisa olum. Mən teatrı çox sevmişəm. Hətta kulis arxasında rejissor köməkçisi də çalışmışam. Səhnədə kiçik rol oynayanda xoşbəxt olurdum. Təsadüfən seriala getdim və məni seçdilər. Seriallardan sonra tanınmağım baş tutdu.

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *