-2,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Cavanları dindən uzaqlaşdıran amillər hansılardır?


Cavanları dindən uzaqlaşdıran amillər hansılardır?

26.06.2018 21:40
admin

Cavan insan - yazılmamış bir dəftər kimi saf və təmizdir. Ona görə də bu yaşda ora nə yazılarsa, ömrünün sonuna qədər də o yolda davam edəcəkdir. Bütün cavanların dinə meyilləri fitridir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq əgər bunun üçün şərait yaradılmazsa və bəzi amillər aradan qaldırılmazsa, o zaman cavan dindən uzaq olacaq və ona əməl etməyəcəkdir.

Bu amilləri tanıyaq ki, onları aradan qaldırmağa səy göstərək.

1. Məlumatın olmaması. Cavanların dindən uzaq olmasının ən böyük səbəbi - din haqqında lazımlı məlumata malik olmamaqlarıdır. O cavan ki, dini tanımaz, başqa yanlış təbliğatların təsiri altına düşər. Ona görə də İmam Sadiq (ə) buyurur: "Cavanlarınıza təlim verin, başqa müraciət edənlər (yolunu azmış məzhəblərdən biri) onları yolundan azdırmazdan əvvəl".

2. Məsuliyyətdən qaçmaq. Cavanları dindən uzaqlaşdıran amillərdən biri də məsuliyyət altına girməkdən qorxmaqdır. "(Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin". ("Qiyamət" 5).

3. Suallarına düzgün cavab verilməməsi. Cavanların adətən dinlə bağlı sualları yaranır ki, bu da təbiidir. İnsan bir elmi öyrənmək istəyən zaman onun incəliklərinə qarşı sualları yaranır və bu suallara verilən cavablar sayəsində həmin elmə yiyələnər. Ona görə də Məsumlarımız (ə) da öz davamçılarını sual verməyə təvşiq edərdilər. O zaman ki, cavanın dini sualına düzgün cavab verilməz, o zaman cavan dindən uzaqlaşar.

4. Yanlış rəftar. Cavanlardan biri nəql edir: "Yeniyetmə olan zaman namazlarımı məsciddə qılmağa həvəsim vardı. Bir gün namaz qılırdım və gördüm ki, bir qoca mənim namaz qılmağıma diqqət edir. O zaman ki, namazı bitirdim, həmin qoca mənə yaxınlaşıb dedi ki, qıldığın namaz batildir. Sonra məni danlamağa başladı və heç fürsət tapa bilmədim ki, soruşum namazımın hansı hissəsi batildir. O, mənə dedi: "Sizin kimi cavanlar gərək məscidə gəlməsin. Çünki namaz qılmağın yolunu bilmirlər". O gündən bəri məscidə getmədim".

5. Yanlış örnəklər. Bəzən cavanlar özləri üçün yanlış örnəklər seçir və onun kimi olmaq istəyirlər. Həmin örnəklər çox təəssüf ki, dindən uzaq olan insanlar olurlar.

6. Mühit. Cavana təsir edən amillərdən biri də onu əhatə edən dostlar və tanışlar, ümumilikdə mühitdir.

7. Xaricilərin təbliğatı altına düşmək. Bəzi cavanlar xarici mədəniyyəti o qədər gözlərində şişirdirlər ki, onun təsiri altına düşür və öz dinlərindən və mədəniyyətlərindən uzaqlaşırlar.

8. Ailənin dinə lazımi diqqət göstərməməsi. O ailədə ki, valideynlərin dinə lazımi meyil və əlaqələri olmur, o cür ailədə böyüyən uşaqlar da istər-istəməz bu mühitin təsiri altına düşürlər.

9. Cəmiyyətin laqeydliyi. Bu gün çox təəssüf ki, cəmiyyət hidayətçi olmaq yerinə, əksinə cavanlar üçün pis örnək olur, əmr-be-mərufdan qaçırlar.

10. Valideynlərin təzyiq göstərməsi. Din elə bir həqiqətdir ki, insan onu özü, öz ağlı və ruhu ilə qəbul etməlidir. Heç kəs onu sənə zorla qəbul etdirə bilməz. Əks halda mənfi nəticələr verəcəkdir. Çünki gördüyü əmələ meyli və həvəsi yoxdur, əksinə ikrahı vardır. Ona görə də gərək valideynlər bu mövzuda diqqətli olsunlar. Etidal həddini qorusunlar. Nə çox təzyiq göstərsinlər, nə də özbaşına buraxsınlar. 

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *