-3,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Yeni nəsil dəvət edir" layihəsi davam edir


"Yeni nəsil dəvət edir" layihəsi davam edir

22.06.2018 18:04
admin

Beynəlxalq Muğam Mərkəzinin "Yeni nəsil dəvət edir" möhtəşəm  layihəsi davam edir.
İyunun 21- də Beynəlxalq Muğam Mərkəzində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri "Vətənimizi sevirik" adlı geniş konsert proqramı ilə çıxış ediblər.

Konsert Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində reallaşıb.
"Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçib: Azərbaycan və Fransız musiqisi axşamı, G. Figeyredonun "Ezop" tamaşası, M.F. Axundzadənin "Hekayəti Müsyo Jordan Həkimi-nəbatat və Dərviş Məstəli Şah Caduküni Məşhur" və "Sərgüzəşti vəziri xani Lənkəran" tamaşaları, Etüd müsabiqəsi, Beynəlxalq qadınlar gününə , Novruz bayramına həsr olunmuş konsertlər, bəstəkar Elza İbrahimovaya həsr olunmuş gecə, aşıq musiqisi konserti və digər maraqlı tədbirlər.

Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə keçən konsertdə Sevinc Abidinova, Rəvan Əlvanoğlu, Məftun Səfərli, Anar Əliyev, Məharət Habiloğlu və Suma Tapdıqova muğamlar və  Azərbaycan xalq mahnılarını ifa ediblər.
Gecədə Əməkdar artist bədii qiraət ustası Azad Şükürov ifasında Abbas Səhətin, Zəlimxan Yaqubun, Kərim Kərimlinin, Ramiz Qusarçaylının, Sabir Rüstəmxanlının, Eldar İsmayılovun, Ejdər Olun, Məhəmmədhüseyn Şəhriyarın şerləri səslənib.
Həmçinin ifaçıları tarda Vüsal Qasımov, kamançada Cahandar Mikayılov,qanunda Eyvazova-Nəsibova Gülşən, nağarada Soltan Hacıyev, balabanda Adil Müslümov,  udda Vüqar Əhmədov müşayiət edirdilər.
Bildiyimiz kimi Beynəlxalq Muğam Mərkəzi möhtəşəm layihələrlə tamaşaçıları sevindirir. Bunlardan  "Dastan gecələri", "Muğamat var olan yerdə","Unudulmayanlar", Yeni nəsil dəvət edir", "Muğam axşamları", "Aşıq musiqisi axşamları" kimi möhtəşəm layihələri çərçivəsində konsertlər keçirir. Konsert muğamsevərlər tərəfindən  maraqla və sürəkli alqışlarla qaşılandı.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *