9,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Milyonların sevimlisi “FƏLAKƏT” in tam metrajlı bədii filmi gəlir - FOTO


Milyonların sevimlisi “FƏLAKƏT” in tam metrajlı bədii filmi gəlir - FOTO

18.06.2018 19:52
admin

Noyabr ayında kinoteatrlarda nümayişi planlaşdırılan "FƏLAKƏT" filminin çəkilişləri bitdi.
ART FİLM BAKU tərəfindən gerçəkləşdirilən proektin hazırlıq dövrü hələ ötən ilin Dekabrından başlamışdır. Çəkiliş dövrü isə mart-aprel 2018 ci ili əhatə edirdi. Bu film "FƏLAKƏT" in çəkildiyi filmlərə bir prikvel olacaq (prikvel hadisələrin kökü deməkdir) və onun necə dünyaya gəlməsi, hansı şəraitdə böyüməsi və əsas süjet xətti olaraq onun köhnə məhəlləsi barədə gülməli-məzəli bir hekayəni əks etdirəcək. "FƏLAKƏT" sevərlər 70-80 dəq. civarında sevimli qəhrəmanlarının həyat hekayəsinin şahidi olacaqlar və ürək dolusu güləcəklər. Hal-hazırda filmin montaj-səsləndirmə prossesi həyata keçirilir. Film geniş tamaşaçı kütləsinə 2018 ci ilin Noyabr ayında təqdim olunacaq.

Filmdə "FƏLAKƏT" obrazını canlandıran sevimli aktyor Elşən Orucovla bərabər, aktyorlar
Nofəl Şahlaroğlu, Azər Aydəmir, Ləman Mərrih, Nəsibə Eldarova, Ülvi Həsənli, Orxan Ata,
Solmaz Süleymanlı, Taleh Yüzbəyov və başqaları çəkilmişlər. Filmin quruluşçu rejissoru - Emil
Quliyev, quruluşçu rəssamı - Arif Niftiyev, Quruluşçu operatoru isə - Orxan Abbasovdur.
Onuda bildirək ki, tam olaraq "ARTFİLMBAKU" şirkətinin məhsulu olan "FƏLAKƏT"
kinokomediyasının ikinci rejissoru Çingiz Həsənov, icraçı və kreativ prodüseri Azər Aydəmir,
Baş prodüseri isə Məmməd Məmmədovdur.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
 

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *