31,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Onun sənəti sərhəd tanımır - FOTO


Onun sənəti sərhəd tanımır - FOTO

09.06.2018 22:19
admin

İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirəsinə həsr edilən tədbir keçirilib. Sənətkarın adını daşıyan Mahnı Teatrında reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından söz açılıb. Qeyd edilib ki, milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası ilə mümkün olub. Səid Rüstəmov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil. Yaraşıqlı görkəmi, aktyorluq məharəti, istənilən milli musiqini duymaq istedadı Rəşid Behbudova böyük uğur gətirib və bu uğur onu ömrü boyu müşayiət edib. Onun yaradıcılığı sərhəd tanımır.

Bildirilib ki, Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazılarından əlavə, bir də yaratdığı Mahnı Teatrı var. Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin parlaq simalarındandır. Onun çoxcəhətli fəaliyyəti musiqi mədəniyyətimizin zəngin bir mərhələsini təşkil edir.

Sonra sənətkarın adını daşıyan 2 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930