24,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Beynəlxalq Muğam Mərkəzində məşhur caz ifaçısı Nik West konsert proqramı ilə çıxış edib


Beynəlxalq Muğam Mərkəzində məşhur caz ifaçısı Nik West konsert proqramı ilə çıxış edib

08.06.2018 20:30
admin

İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində "Baku Summer Jazz Days" layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının funk bass gitaraçısı və müğənnisi Nik West  öz ansamblı ilə çıxış edib.

Milli.Az bildirir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və Premier Art Management prodüser agentliyinin təşəbbüsü ilə reallaşıb.

Gecədə Nik West özünəməxsus kompozisiyaları və populyar caz-hitlərini ifa edib.

Amerikalı funk bassçı Nik West 26 yanvar 1989-cu ildə Arizona Ştatının Feniks şəhərində anadan olub. Altı yaşında ikən Nik West bacısı ilə üç hissəli harmoniya oxuyurdu. Bu,onun musiqi qabiliyyətini üzə çıxardı. Nik 13 yaşındaykən ritm gitarasını alır və Michael Jackson-un mahnılarını eşitdikdən sonra musiqi ilə məşğul olmağı qərara alır. Musiqiçi Alex Henderson (Billboard) Nik West-in böyük istedadının olmasını xüsusi qeyd etmişdir.Nik West qeyd edir ki,onun  musiqisini dinləyən  hər kəs üçün bu musiqi yeni nəfəsdir.

Caz ifaçısının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İyunun 8- də Beynəlxalq Muğam Mərkəzində "Baku Summer Jazz Days" layihəsi çərçivəsində tamaşçılara Fransanın populyat musiqiçiləri Jacky Terrasson və Stephane belmondo və onların yeni layihəsi TERREMONDO ("Mohter") ilə görüş gözləyir.

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *