10,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Aşıq Şəmşir UNESCO-da anıldı - FOTO


Aşıq Şəmşir UNESCO-da anıldı - FOTO

07.06.2018 10:52
admin

Parisdə, UNESCO-nun mənzil-qərargahında "Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya"nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 7-ci sessiyası keçirilib. Sessiya çərçivəsində, habelə UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Forumu baş tutub.

Milli.Az xəbər verir ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, UNESCO QHT Forumunda Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd edilib. İctimai birliyin nümayəndəsi Fazil Qasımov forumda Aşıq Şəmşirin ədəbi irsi haqqında ətraflı məlumat verib. Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da məsləhətçi statusu qazanması ilə ölkəmizdə bu sənətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Fazil Qasımov milli mədəniyyətin qorunub saxlanmasında xalq musiqisinin əvəzsiz rolunu vurğulayıb.

Fazil Qasımov, həmçinin UNESCO-nun qeyri-maddi mədəni irs şöbəsinin müdiri Tim Kurtis ilə görüşüb. Görüşdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO ilə əməkdaşlığının yeni layihələrlə daha da genişlənəcəyinə əminlik ifadə olunub. Fazil Qasımov Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə ithaf olaraq düzəldilmiş sazı və sənətkarın ifa etdiyi 75 saz havasından ibarət diski UNESCO-nun sözügedən şöbəsinə hədiyyə edib.

Qeyd edək ki, sessiya ərzində Baş Assambleyanın keçirildiyi binada "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin stendi qurulub. Ziyarətçilərə Azərbaycanın qeyri-maddi mədəni irsi, aşıq sənəti və ictimai birliyin fəaliyyəti barədə məlumat verilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *