24,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Dünyaca məşhur rejissor vəfat etdi - FOTO


Dünyaca məşhur rejissor vəfat etdi - FOTO

07.06.2018 10:14
admin

Sovet və ukraynalı kinorejissor, 84 yaşlı Kira Muratova dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə prodüser Yuri Minzyanov Facebook səhifəsində xəbər verib.

"Kira getdi... Onunla birlikdə tam bir dövr... Hələ tələbə olanda "Uzun vida" filminə baxanda ağladığımız yadımdadır", - Minzyanov yazıb.

Muratova bir sıra filmlərin ssenari müəllifi və rejissorudur. Onların arasında 40-cü beynəlxalq Berlin kinofestivalında "Gümüş ayı" mükafatına layiq görülmüş "Astenik sindrom" lenti də var.

K.Muratovanın filmlərində Vladimir Vısotski, Oleq Tabakov, Renata Litvinova çəkilmişdilər.

K.Muratova karyerasını 2012-ci ildə başa vurmuşdu.

Onun filmləri kinldilin modernist inqilablarının fərdi təqdimatı ilə fərqlənirdi. Muratovanın filmlərində lirikadan əsəbə, realizmdən qroteskə, iyrəncdən gözələ, qorxudan gülüşə, aşkardan müəmmaya qədər yol vardı.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *