10,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək


Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

05.06.2018 17:44
admin

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr təşkil edir.

Milli.Az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" adlı irimiqyaslı layihəsi çərçivəsində dahi bəstəkar, SSRİ xalq artisti, akademik Qara Qarayevin 100 illiyinə, Xalq artistləri Həqiqət Rzayeva və Şövkət Ələkbərovanın həyat və yaradıcılığına həsr olunmuş tədbirlər həyata keçirilib.

13 iyun tarixində Muğam Mərkəzində tanınmış xanəndə Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Qulu Əsgərov 1928-ci ildə  anadan olmuşdur. Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov.

Seyid Şuşinski kimi görkəmli muğam ustasından və pedaqoq Nəriman Əliyevdən ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.

Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyli - "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z.Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M.Maqomayev "Şah İsmayıl") obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.

Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr  muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.

Tədbiri Xalq artisti Möhlət Müslümovun rəhbərlik etdiyi  Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edəcəkdir.

Gecənin aparıcıları Xalq artisti, professor Mələkxanım Əyyubova və Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Gecədə Xalq artisti Mələkxanım Əyyubova, Əməkdar artistlər  Zakir Əliyev, Ehtiram Hüseynov, həmçinin Mirələm Mirələmov, Almaxanım Əhmədli, Rəvan Əlvanoğlu, Vüsal İsrafilov iştirak edəcəklər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *