10,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Parisdə muğamın yubileyi qeyd olunub - FOTO


Parisdə muğamın yubileyi qeyd olunub - FOTO

05.06.2018 09:30
admin

Paris şəhərində muğamın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi münasibətilə konsert keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, konsert Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə qurumun baş qərargahında olub.

Tədbirdə YUNESKO-nun əməkdaşları, bu qurum yanında müxtəlif ölkələrin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı - muğam haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, muğamın üç milli musiqi alətində - tar, kamança və qavalda müşayiət edildiyini bildirib və bu üç alətdən ikisinin, kamançanın və Azərbaycanda tar ifaçılıq sənəti və onun hazırlanma ustalığının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer aldığını xüsusi vurğulayıb.

XİN-də YUNESKO üzrə milli komissiyanın sədri, səfir Elnur Sultanov tədbir iştirakçılarına Azərbaycanın YUNESKO ilə uğurlu əməkdaşlığı, bu qurumun tərkibində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbir iştirakçıları fransız cazz ifaçısı Pyer dö Treqomen ilə azərbaycanlı muğam ustadı Qoçaq Əsgərovun ifasında muğama böyük maraqla qulaq asıblar. Kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, tarda Ələsgər Məmmədov, pianoda Vasif Hüseynzadə, bas nağarada Yusif Əzizov ifa ediblər.

Mili.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *