24,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Diriliş Ertoğrul”un Bahaduru Musiqili Teatrda - FOTO


“Diriliş Ertoğrul”un Bahaduru Musiqili Teatrda - FOTO

04.06.2018 21:40
admin

Türkiyənin məşhur "Paramparça" serialından vəkil İldırım, hal-hazırda isə izlənmə rekordları qıran "Dirçəliş Ərtoğrul" (Diriliş Ertoğrul) serialında canlandırdığı Bahadur bəy obrazları ilə milyonların sevimlisinə çevrilən istedadlı aktyor və rejissor Ərtoğrul Postoğlu xanımı İlkay Özdin Postoğlu ilə bərabər Musiqili Teatrın qonağı olub.

Qurumun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, hörmətli qonaqları teatrın direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi keçən görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H. Hüseynov qonağı teatrın binası ilə tanış edərək sənət ocağının tarixi, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə burada aparılan təmir işlərindən sonra ən müasir dünya standartlarına uyğun şəraitin yaradılması barədə ətraflı məlumat verib.

Ərtoğrul Postoğlu: - "Əslində, bu sənət ocağı haqqında, nümayiş olunan gözəl tamaşalarınız barəsində hələ Türkiyədə olarkən Teatrınızı ziyarət edən həmkarlarımın gözəl təəssüratlarını eşitmişdik. Amma bu gün öz gözlərimizlə şahid olmağımız bizə xüsusi zövq verdi.  Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlarla müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Ən önəmlisi isə odur ki, Azərbaycanda dövlət səviyyəsində teatra, incəsənətə qiymət verilir. 108 illik tarixi olan möhtəşəm Azərbaycan Dövlət Musiqili Teatrının binasında olmağımız bizə şərəf verdi..."

Daha sonra Postoğlular Musiqili Teatrın səhnəsində çəkilən şəkil və videolarını birbaşa olaraq öz şəxsi instaqram hesablarında çoxsaylı izləyiciləri ilə paylaşıblar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *