10,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Belarusda möhtəşəm festival -


Belarusda möhtəşəm festival -

04.06.2018 17:07
admin

Belarusun Qrodno şəhərində 12-ci "Milli Mədəniyyətlər" festivalı keçirilib. Festivalda 36 ölkədən diaspor təşkilatları iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Belarusdakı "Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyi Azərbaycanın milli musiqiləri, xalq geyimləri, milli mətbəximizin ləziz təamlarını festival iştirakçılarına təqdim edib.

Qədim xalçalar və məişət alətləri, milli musiqi alətləri, xüsusi suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. "Sarı gəlin" və "Leqendı Kavkaza" rəqs ansamblları, Azərbaycandan dəvət olunmuş sənət adamları festival iştirakçılarına yaddaqalan anlar yaşadıblar.

Qeyd edək ki, festivalda qonaq qismində 200 min nəfər iştirak edib. Dövlətlər arasında sülhə, tolerantlığa göstərilən diqqətin bəhrəsi kimi "Xoşbəxtlik ağacları" əkilib,  ağacların budaqlarından ölkələrin bayrağını əks edən rəngli lentlər asılıb.

Yusif Nəsirli
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *