10,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Musiqi məktəbi konsert proqramı təqdim edib - FOTO


Musiqi məktəbi konsert proqramı təqdim edib - FOTO

30.05.2018 19:56
admin

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirib.

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov və digər nümayəndələri, Xəzər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisi, general-mayor, xalq artisti Yusif Axundzadə, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrının və dirijor İlahə Hüseynovanın müşayiəti ilə şagirdlərin ifasında T.Quliyev  "Görüş", E.İbrahimova "Sən yadıma düşəndə", C.Cahangirov "Rondo", Ə.Abbasov "Gənclik rəqsi", S.Ələsgərov "Vətənimdir" və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Konsert məktəbin III sinif şagirdi Rəşad Həsənzadənin ifasında Rauf Hacıyevin "Azərbaycanım" mahnısı ilə yekunlaşıb.

Sonda Baş İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək kollektivi təbrik edib, məktəbin şagirdlərini fəxri fərmanlarla təltif edib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *