10,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Vicdan haqqı"nın Farizi:


"Vicdan haqqı"nın Farizi:

30.05.2018 11:28
admin

"Vicdan haqqı" serialının Farizi Murad İsmayıl oynamaq arzusunda olduğu rollardan danışıb.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktyor müsbət qəhrəman olmaqdan bezdiyini deyib: "Kara sevda" serialında çox sevdiyim müsbət qəhrəman var, üz-gözündən heç deməzsən ki, daxilən mənfi insandır. Mən də müsbət qəhrəman olmaqdan bezdim, istəyirəm mənfi obrazlar yaradım. Görünüş aldadıcıdır. Adam var, üzündən məsumluq yağır, amma içində şeytan gizlənib. Mən də elə bir qəhrəmanı canlandırmaq istəyirəm. Dəxli yoxdur, lap qatil olsun".

"Erotik filmə çəkilərdinizmi?" sualına gənc aktyorun cavabı belə oldu:"Azərbaycanda belə filmlər çəkilməz, çünki bizim millət erotik filmlərə hazır deyil. Heç özüm də belə bir filmə dəvət almamışam".

Murad tamaşaçılar tərəfindən tənqid olunmasından da danışdı: "Vicdan haqqı" serialında Farizi tənqid ediblər. Yazıblar ki, anana, atana dəstək ol. Amma Murad olaraq hələ tənqid olunmamışam. Olunsam da buna normal yanaşaram, çünki, tənqidə açıq insanam".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *