10,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » “Azerbaijan Golden Kids Awards 2018” layihəsinin nominantları bəlli olub - FOTO


“Azerbaijan Golden Kids Awards 2018” layihəsinin nominantları bəlli olub - FOTO

29.05.2018 23:11
admin

Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş "Azerbaijan Golden Kids Awards 2018" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən layihənin məqsədi 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi 2 iyunda Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər 32 nominasiya üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, tədbirdə dövləti təmsil edən rəsmi şəxslərin, millət vəkillərinin, qeyri-hökümət təşkilarlarının nümayəndələrinin və mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

Sənət nümayəndələrindən Elnur, əməkdar artistlər Aybəniz Haşımova, Elza Seyidcahan, Samira, Elnarə, Fatimə Fətəliyeva, İlqar Xəyal, Eldar Qasımov, Fəxriyyə Xələfova, Gülnarə Xəlilova və başqaları iştirak edəcəklər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *