5,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,25 AZN

описание


» » Musiqi məktəbinin yubileyi münasibətilə konsert keçirildi - FOTO


Musiqi məktəbinin yubileyi münasibətilə konsert keçirildi - FOTO

29.05.2018 20:48
admin

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsert məktəbin xalq çalğı alətləri orkestrının ifasında Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertyura" ilə başlayıb. Sonra şagirdlərin ifasında "Heyratı" zərb muğamını, V.A. Mosartın "Seraldan qaçırılma" və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sazçalanlar ansamblı "Şirvan gözəlləməsi" əsərini, nağaraçalanlar ansamblı isə "Azərbaycan ritmləri" ni təqdim ediblər.

Məktəbin xor kollektivi C. Qerşvinin "Əl çalın" və R. Hacıyevin "Bakı haqqında mahnı"sını məharətlə ifa ediblər.

Konsertdən sonra Baş İdarənin rəisi Vuqar Zeynalov çıxış edərək əlamətdar gün münasibətilə kollektivi təbrik edib, məktəbin fəal müəllimlərini fəxri fərmanlarla təltif edib. Məktəbin direktoru Rövşən Məmmədov təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verib, respublika və beynəlxalq müsabiqələrdə  laureatlar alan şagirdlərdən və digər əldə olunan nailiyyətlərdən danışıb, göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *