26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Beynəlxalq Muğam Mərkəzinin “Vətənimdir Azərbaycan” adlı möhtəşəm layihə davam edir - VİDEO


Beynəlxalq Muğam Mərkəzinin “Vətənimdir Azərbaycan” adlı möhtəşəm layihə davam edir - VİDEO

26.05.2018 18:30
admin

Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzi  və "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "Vətənimdir Azərbaycan" adlı birgə layihəsi çərçivəsində iyunun 10-da Dövlət Akademik Opera və Balet Teatrının solisti,tanınmış xanəndə Elnur Zeynalovun solo konserti keçiriləcək.

Milli.Az bildirir ki, Elnur Zeynalov muğam və xalq mahnılarının gözəl ifaçısı olmaqla bərabər Opera Balet Teatrının səhnəsində Məcnun, Kərəm, Aşıq Qərib kimi obrazları da məharətlə yaradır.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarının və onların əsasında yaranmış xalq mahnılarının geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir. Onlardan "Muğamat var olan yerdə", "Muğam axşamları","Unudulmayanlar" kimi layihələri göstərmək olar.

"Vətənimdir Azərbaycan" layihəsi də onlardan biridir.

Konsertdə Elnur Zeynalov  xalq mahnıları,təsniflər, klassik Azərbaycan bəstəkarlarının mahnılarını və Səbinə Ərəbli,Ayşən Mehdiyeva ilə duetlər  ifa edəcək.

Xanəndəni tarda Sənan Əliyev,kamançada Anar Yusub,nağarada Xəyal Abbasov,qanunda Samirə Əliyeva,zərb alətində Elvin Həmidov,elektro-pianinoda Vüsal Hüseynov müşayiət edəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Beynəlxalq Muğam Mərkəzinin "Vətənimdir Azərbaycan" adlı möhtəşəm layihə davam edir

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930