26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » İtaliyalı professor yazdığı məqalədə Azərbaycanı o ki var tərifləyib - FOTO


İtaliyalı professor yazdığı məqalədə Azərbaycanı o ki var tərifləyib - FOTO

25.05.2018 17:52
admin

Helsinkidə fəaliyyət göstərən Mədəni İrs Akademiyasının rəsmi saytında (ACU) VI Qlobal Bakı Forumuna həsr olunmuş geniş məqalə dərc olunub. Məqalənin müəllifi Helsinki Universitetinin professoru Eero Tarastidir.

Məqalədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Milli.Az-a verilən məlumata görə, məqalədə Bakıda "İnklüziv cəmiyyətlər yaratmaq üçün boşluqların aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu barədə geniş məlumat verilib. Müəllif qeyd edir ki, forum zamanı dialoqun, səmimiyyətin, demokratiyanın, mədəniyyətlərarası qarşılıqlı əlaqələrin, bürün xalqların bərabərliyi, dözülməzliyin doğurduğu risklər müzakirə olunub. "Bu, artıq Bakıda bir çox dünya liderlərinin iştirakı ilə keçirilən VI forum idi. Məkan şəhərin ən gözəl binalarından birində yerləşən məşhur  göydələn "Alov qüllələri" - "Fairmont" oteli idi," - deyə müəllif yazır. 

Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Nizaminin mədəni irsi müasir dövrdə" adlı simpoziumun keçirildiyini diqqətə çatdıran müəllif qeyd edib ki, Nizami Azərbaycanın Gəncə şəhərində doğulub yaşadığından Azərbaycanın milli sərvəti hesab edilir.

Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlının yaşadığını vurğulayan E.Tarasti Azərbaycan dilinin Türk dilləri qrupuna aid olduğuna diqqət çəkir. Məqalədə Azərbaycan milli musiqisi haqqında geniş məlumat verilir, muğam özünəməxsus ənənəvi musiqi janrı kimi səciyyələndirilir: "Muğam triosu 19-cu əsrdən etibarən Azərbaycanda geniş yayılmağa başlayıb. Muğamın Ü.Hacıbəyovdan başlayaraq klassik musiqi bəstəçilərinə böyük təsiri olub".

Zaqatala rayonuna səfəri haqqında da oxucularla təəssüratlarının bölüşən müəllif Şəki Xan Sarayı haqqında məlumat verir, Azərbaycanda bir çox milli azlıqların rahat və əmin-amanlıq şəraitində yaşadığına diqqət çəkir.

Qeyd edək ki, Eero Tarasti fin əsilli musiqişünas alim, pofessor, semiotika üzrə mütəxəssisdir. Hazırda Helsinki Universiteti Musiqişünaslıq bölməsinin müəllimi olaraq fəaliyyət göstərir. O, 1978-ci ildə Helsinki Universitetində "Əfsanə və Musiqi" adlı doktorluq disertasiyasını Rixard Vaqner, Yan Sibelius, İqor Stavrinski yaradıcılığı əsasında müdafiə edib. Finlandiya və onun hüdudlarından kənarda 100-dən artıq beynəlxalq səviyyəli elmi tədbirlərin təşkilatçısıdır.

Yusif Nəsirli

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930