17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO


UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO

15.05.2018 09:30
admin

UNESCO-nun Fransanın Paris şəhərində yerləşən baş qərargahında Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin və Mədəniyyət Nazirliyinin təşkil etdiyi gecədə Milli Orkestri Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Daimi nümayəndəliyin rəhbəri Anar Kərimov tədbirdə qonaqlara dahi bəstəkar Qara Qarayevin yaradıcılığı haqqında ətraflı məlumat verib.

UNESCO baş katibinin kommunikasiya və informasiya üzrə müavini Moez Çalçuk Qara Qarayevin yaradıcılığının hüdudsuz olduğunu vurğulayaraq, bugünkü xatirə gecəsinin ortaq tariximizin meyvəsi olduğunu deyib.

Qara Qarayevin həyat və yaradıcılığına həsr edilmiş fotosərgi qonaqların böyük marağına səbəb olub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *