20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Xalq artistinə xanımından hədiyyə


Xalq artistinə xanımından hədiyyə

11.05.2018 17:37
admin

Xalq artisti, tanınmış aktyor Şamil Süleymanlının doğum günüdür.

Milli.Az xəbər verir ki, 63 yaşını tamamlayan aktyor təəssüratlarını yenicag.az-la bölüşüb:

"Deyirəm yaxşı ki, bu sosial şəbəkə var, səhərdən hamı təbrik edir. Amma mən heç vaxt doğum günlərimi, hətta yubileylərimi belə qeyd etməmişəm. Çünki xoşum gəlməyib. Elə dostlar-tanışlar, qohum-əqrəba təbrik edib. Adam var e, 80 yaşında özünə bir təmtəraqlı doğum günü keçirir ki, gəl görəsən. Qoca kişiyəm, bunun nəyini qeyd edim axı?"

Hədiyyələri sevdiyini deyən xalq artisti ilk hədiyyəni xanımından və qızından alıb:

"Sevdiyim ətirlər var. Xanımım və qızım hər il olduğu kimi, bu il də mənə həmin ətirlərdən alıb bağışladılar".

Arzularından danışan aktyor həmişə filmlərə çəkilmək istədiyini dilə gətirib:

"Aktyor üçün ən böyük hədiyyə oynadığı rollara görə aldığı tamaşaçı alqışlarıdır. Mən də filmlərə çəkilmək istəyirəm. Film olmayanda çox darıxıram və özümə yer tapa bilmirəm. Aktyor onda xoşbəxt olur ki, vaxtını yalnız çəkiliş meydançasında keçirir".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *