17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Məzar daşıma şəkilimi vurmayın..” -


“Məzar daşıma şəkilimi vurmayın..” -

11.05.2018 17:45
admin

Xalq artistinin həyat yoldaşı Gülüstan Poladova: "Fuad vidaları sevməzdi..."

Milli.Az musavat.com-a istinadən mərhum xalq artisti Fuad Poladovun həyat yoldaşının müsahibəsini təqdim edir:

"O verilişdəki xanımsınız". İlk söylədiyi cümlə bu oldu.  Gülüstan xanıma sarılanda elə bildim, uzun müddətdən sonra Fuad Poladovu gördüm, ona "xoş gördük" dedim. Beləcə, başladı söhbətimiz. Əslində iki-üç saatlıq söhbətdə qısa-qısa danışdıqlarının qeydidir təqdim olunanlar. Qəribə işdir, mədəniyyətə aidiyyatı olmayan dövlət qurumlarının ən yüksək səviyyəli məmurlarını onların evində görəndə gözlərimə inanmadım, başsağlığına gəlmişdilər. Bu səviyyədə sevilən sənətkara Azdramanın rəhbərliyi və Mədəniyyət Nazirliyi bu qədər soyuqluq göstərməsini hələ də anlaya bilmir adam. Əslində adam düz demişdi görmədiyiniz işləri üzünüzə vurmuşdu? Artıq neynəmişdi axı? Nə isə... Bunları deməyə  hələ çox imkan olacaq. Bir imkan da ona olacaq ki, telekanallarda xalq artisti Fuad Poladova həsr olunan verilişlərə niyə sənət dostları gəlməyib? Nədən qorxublar? Niyə onu sevən adamların, Azdramadakı bəzi aktyorların adı prezident mükafatına təqdim olunmaq üçün tutulan siyahıdan çıxarılıb? Niyə və kim siyasiləşdirib mədəniyyət ocaqlarımızı? Suallar çoxdur, indiliksə gəlin bizim möhtəşəm sənət adamının arxasındakı qadını eşidək, xalq artisti Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladovanı.

-Haradan başlamışdı tanışlığınız?

-İncəsənət Universitetindən.  İkimiz də orada işləyirdik. Münasibətlərimiz son dərəcə rəsmi idi. Günlərin birində baxdım ki, işdən gec çıxmaq lazım gələcək, qaranlığa düşəcəm. Özlüyümdə dedim, "görəsən necə gedəcəm?" Gözləmədiyim halda qayıtdı ki, "sizi ötürərəm, Gülüstan xanım". Mən bir az konkret və sərt cavablı adamam. Kəsə cavab verdim ki, "ehtiyac yoxdur, sağ olun". Sonra iş yoldaşlarımız bir stol arxasında əyləşib qızğın mübahisə edirdilər. Xanımlardan biri bərkdən dedi:  "Gülüstan, gəl yaxın otur ki, görəsən məni". Sözün deyilişini bir az bəyənmədim, düzü, cavab verdim ki, "sizi elə aralıdan da yaxşı görürəm, narahat olmayın, danışın". Bu iki hadisədən sonra yaxınlaşdıq biz Fuadla. Heç nə demədən, bir də gördüm, ciddi bir münasibətə keçib söhbətlərimiz. Sonra münasibətini bildirdi. Biz nişanlandıq və nikah bağladıq qısa zamanda. İki aydan da sonra toyumuz oldu.

-Niyə məhz o iki hadisə yaxınlaşdırdı sizi?

-Bilirsiniz, o özü də kəsə, konkret adam idi. Bəlkə də bizi özümüzdən xəbərsiz elə xarakterlərimiz yaxınlaşdırdı. Xoşuna gəlməyən məsələlərə dərhal və yerində münasibəti olurdu onu. Mən də o cürəm. Sonradan özü zarafata salıb deyirdi ki, öz aramızdır, bizim məsələni o iki hadisə həll elədi.

-Onu tanıyanda işləyirdiniz, peşəniz aktyorluq olsa da, pedaqoji fəaliyyətlə məşğul idiniz İncəsənət Universitetində. Niyə bitdi?

-Ailə qurmuşduq. Ana olmağa hazırlaşırdım. İşə də metro ilə gedib-gəlirdim. Bir dəfə özümü çox pis hiss elədim metroda. Ona bütün günümün hesabatını verirdim. Bunu o tələb eləmirdi, bilirdim ki, belə olması xoşuna gəlir. Xarakterinə bələd idim. O üzdən neynədim, nə oldu, hamısını, kəlmə-kəlmə anladırdım Fuada. Özümü metroda pis hiss elədiyimi də dedim. Dedi, bitdi, sən daha işləmirsən.

-Mübahisə və ya müzakirə elədinizmi?

-Qətiyyən. Onun qərarları heç zaman müzakirə edilməyib. Həmişə onlara əməl olunub.

-Təəssüflənmədiniz?

-Özlüyümdə pis oldum, amma sonra dedim, belə lazımdırsa, başqa cür ola bilməz. O, bilirsiniz, necə idi, məsələn, mən bazar-dükan nədir, bilməzdim. Hamısını özü edirdi ki, mənə əziyyət olmasın. Mən altı-yeddi aydır bazar-dükan tanıyıram. Onun xəstəliyi güclənəndən sonra yəni.

-Çox ağrıyırdımı?

-Əslinə qalanda əvvəl aylarda o qədər ağrısı yox idi. Çox müayinələrdən keçdi. Heç kim nə baş verdiyini bilmirdi. Problem onda səsinin tutulması ilə biruzə vermişdi özünü. Səsi tutulmuşdu bir az. Dedi, Gülüstan, niyəsə səsim tutulur mənim. Dedim, hamıda olur. Yəqin əsəbdən, narahatlıqdandır, keçər.

-Niyə gərgin idi bu qədər?

-Azdramadan getmişdi. Qəbul eləyə bilmirdi haqsızlığı. Az sayda mübarizə aparmağı bacaran adamlardan idi. Haqsızlıq görəndə onu susdurmaq qeyri-mümkün olurdu. Son tamaşasını oynayıb gedirdi sevdiyi səhnədən. Mən sonradan eşitdim, həmkarları deyir ki, onun səhnəyə son baxışı çox dəhşətli olub. Tamaşa bitib, hamı başına yığılıb sağollaşmaq üçün, o isə çox kədərli və diqqətli baxıb səhnəyə. İndi deyirəm, kaş Allahın altında biləydim o anda nə düşünmüsən, ay Fuad? Bəlkə də deyib ki, çətin bir də görüşək, əlvida!.. Düzdür, o gedişdən sonra Fuadın Rus Dram Teatrında gözəl rolları olub, amma mənim üçün onun bütün gərginliyi Azdramadan gedəndən sonra başladı. Adam elə bil düşdü. Amma bu mövzularda həmişə susurdu. Bir söz soruşanda da dönüb üzümə baxırdı. Anlayırdım ki, deyir, soruşma, sənin nəyinə lazım?... Daha dinmirdim mən də.

-Necə idi son günlərində?

-Son aylarda  mən oğlum və qızımdan başqa kimsə olmadı yanında. İstəmirdi, deyirdi, məni belə görməsinlər, siz də unudun, belə yadda saxlamayın.

-Necə idi ki?

-Zəifləmişdi çox, sınıxmışdı.

-Son şəkilləri varmı barı?

QEYD: Elə bildim cinayət elədim bu sualı verəndə...

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *