13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Yəhudi yazar Azərbaycan mətbəxinə heyran oldu - FOTO


Yəhudi yazar Azərbaycan mətbəxinə heyran oldu - FOTO

10.05.2018 13:47
admin

ABŞ-ın kulinariya üzrə yəhudi əsilli məşhur mütəxəssisi xanım Faye Levi Azərbaycan mətbəxini və tanınmış aşpaz, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovu o ki var tərifləyib.

Milli.Az xəbər verir ki, Facebook sosial şəbəkəsindəki profilində ötən ilin oktyabrında Bakıda etno-restoranlardan birində Tahir Əmiraslanovla birgə şam etdiyini qeyd edən Faye Levi azərbaycanlı kulinarın onlara yerli mətbəxin sirləri barədə ətraflı məlumat verərək, kitabını da hədiyyə etdiyini deyib. Məsələn, o, öyrənib ki, Azərbaycan mətbəxində dolmanın 350, plovun 200-dən çox növü var.

F.Levi statusunda, həmçinin Lənkəranın badımcan ləvəngisi, lobya fisincan, Şirvan şorbası, Qarabağın balva şorbası, Naxçıvanın soğan dolması, Şamaxının pip dolması, Təbrizin dolma kababı, Astaranın ağ və qara düyüdən hazırlanmış plovu, fisincan plov, ləvəngili cücə plov, limon şərbəti və onların hazırlanması barədə də qısa məlumat verib.

Qeyd edək ki, F.Levi İsrailin "The Jerusalem Post" qəzetinin köşə yazarı, ABŞ-ın məşhur "The Los Angeles Times" qəzetində bir sıra məqalələrin, eləcə də kulinariya üzrə müxtəlif dillərdə nəşr olunmuş kitabın müəllifi, çoxsaylı beynəlxalq mükafatların sahibidir.

Xatırladaq ki, dünyada taınmış kulinarlardan biri hesab edilən, dəfələrlə beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı olmuş Tahir Əmiraslanov Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti və "Kulina" jurnalının baş redaktorudur.

1998-ci ildən T. Əmiraslanov Azərbaycanı dünya yarışlarının münsiflər heyətində təmsil edən T.Əmiraslanov YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, 2000-ci ildən Ənənəvi Qida Komitəsinin sədr müavini, 2004-cü ildən sədridir. Rusiya Kulinariya Assosiasiyasının vitse prezidenti, Dünya hakimlər kollegiyasının üzvüdür. Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, BƏƏ-nin və s ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvü, 2017-ci ildən Dünya İslam Kulinariya Birliyinin vitse-prezidenti, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, tarix elmləri namizədidir. O, yeni İnformatıv qida nəzəriyyəsinin banısi, müxtəlıf qida texnologiyalarının yaradıcısıdır.

İlkin İzzət
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *