17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » ”Başqasının ərini əlindən alan...” -


”Başqasının ərini əlindən alan...” -

09.05.2018 10:48
admin

Xəzər Televiziyasında yayımlanan "Ata ocağı" serialında Nəcibə obrazını canlandıran gənc aktrisa Arzu Abdulova sosial şəbəkədə təhqirlərə məruz qalıb.

Milli.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa obrazının insanlar tərəfindən birmənalı qarşılanmadığını deyib:

"İndiyə qədər bir çox seriallarda oynamışam. Belə reaksiya ilə heç vaxt qarşılaşmamışam. Amma "Ata ocağı" serialında oynadığım Nəcibə obrazı sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Bilirsiniz ki, serialda Nəcibə Rəşidi yoldan çıxararaq, onun məşuqəsi olur, həyat yoldaşından ayırır. Sosial şəbəkədə hər kəs məni müzakirə edir, hətta təhqirlərə məruz qalıram. Məni söyürlər. Yazırlar ki, "başqasının ərini əlindən alan həyasız" və s. Amma onlara başa sala bilmirəm ki, bu reallıq deyil, sadəcə, serialdır. Həyatda tamamilə fərqli insanam. Hər halda, obrazı təbii oynamasaydım, yəqin ki, belə reaksiya doğurmazdı".

Qeyd edək ki, "Həyat sən nə qəribəsən", "Cehizsiz gəlinlər", "Baldız" və digər seriallarda rol alıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *